Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Lamborghini” həvəskarları olan ata ilə oğula əsl Yeni il sürprizi

“Lamborghini” həvəskarları olan ata ilə oğula əsl Yeni il sürprizi

87
Paylaş

Kolorado ştatından olan Bakuslar ailəsi öz qarajında əldəqayırma “Lamborghini” avtomobili hazırlayıb və öz layihələri ilə italyan istehsalçılarında maraq oyadıb. CNN xəbər verir ki, bu avtomobilin həmin maketi onların o qədər xoşlarına gəlib ki, ixtiraçılara onu müvəqqəti olaraq əsl sport maşınla əvəzləməyi təklif ediblər.

“Lamborghini Aventador” avtomobili yaratmaq ideyası 54 yaşlı Sterlinq Bakus və onun 12 yaşlı oğlu Ksanderin ağlına təxminən iki il bundan  əvvəl  Forza Horizon 3 simulyator yarış oyununu oynadıqları zaman gəlir. Atası bildirib ki, italyan sport avtomobillərinin əsl həvəskarıdır və xüsusi avadanlıqların istehsalı sahəsində işlədiyinə görə belə bir maket hazırlamaq bacarığına da malikdir.

Artıq ata və oğul maşın kuzovunu və salonun bir hissəsini tam olaraq yığıblar. Onların sözlərinə görə detalların çoxu 3D printerdə çap olunub. Maketin tamamlanması üçün hələ çox işlər qalıb, amma ona artıq 23 000 dollar xərclənib.

Təxminən iki ay bundan qabaq “Lamborghini” nümayəndələri bu layihədən xəbər tuturlar və italyan avtomobil istehsalçısının baş marketoloqu Katya Bassi, ailə başçısına zəng edərək ona elə bir təklif edir ki, o bundan imtina etməkdə aciz qalır: “ Mənim ayaqlarım əsdi, elə bil zəng Roma Papasından gəlmişdi. Əlbəttə, bu bir metaforadır, amma onun sayəsində bunun mənim üçün necə əhəmiyyət kəsb etdiyini gördüm” , Sterlinq jurnalistlərə deyib.

Marketoloq, ata və oğula “Lamborghini”nin Yeni il reklamında çəkilməyi və 3D-printer maşın maketini müvəqqəti olaraq 460 000 dollarlıq əsl Aventador S Roadster-lə əvəzləməyi təklif edir. Bakuslar razı olurlar və şirkətdən iki həftəlik istifadəyə sportmaşın əldə edirlər. Ailə başçısının sözlərinə görə, o hər gün bu avtomobildə oğlu ilə gəzir.

Ata ilə oğul maketlərini 2020-ci ilin avqustuna hazırlayıb bitirməyi planlaşdırırlar. Sonra onu yerli avtoşouda təqdim edəcəklər.