“LafargeHolcim”in biznesi geriləməyə davam edir

Date:

Paylaş:

Dünyanın ən iri sement istehsalçısı olan “LafargeHolcim” daha öncə proqnozlaşdırdığı ikirəqəmli korrektə olunmuş əməliyyat mənfəəti üzrə proqnozundan imtina edib.

Banker “Reuters” agentliyinə istinadən xəbər verir ki, şirkət bunu 2017-ci ildə biznesinin geriləməsi ilə izah edir. Şirkətin yenilənmiş biznes proqnozlarını yeni icraçı direktor Yan Yeniş dilə gətirib.

Y. Yeniş qeyd edib ki, 2017-ci ildə şirkətin əməliyyat mənfəəti ötən illə müqayisədə 5-7% artacaq. Onun sözlərinə görə, 2018-ci ildə əməliyyat mənfəətinin artımı 5% təşkil edəcək.

Cari ilin III rübündə şirkət qarşıya qoyulan bəzi hədəflərə nail olsa da, biznesdə gözlənilən geriləmə baş verib. Belə ki, şirkət ötən rüb 6,95 mlrd. dollarlıq məhsul satıb ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 4,1% çoxdur. Artıma baxmayaraq, bu, “Reuters” agentliyinin sorğusunda iştirak edən analitiklərin gözləntilərindən aşağıdır.

Bundan öncə “Financial Times” yazıb ki, “LafargeHolcim” 2012 və 2014-cü illərdə Suriyada fəaliyyətini davam etdirmək üçün İŞİD terror təşkilatı və bəzi silahlı qruplaşmalara pul ödəyib. Bu xəbərlər yayıldıqdan sonra şirkətin icraçı direktoru Erik Olsen (Eric Olsen) istefa verib. Onu Y. Yeniş əvəzləyib. Bunadək Y. Yeniş tikintidə istifadə olunan kimyəvi məhsulların istehsalı ilə məşğul olan “Sika” (İsveçrə) şirkətinə rəhbərlik edib.

Qeyd edək ki, “Holcim (Azərbaycan)” ASC “LafargeHolcim” şirkətinin törəməsidir. Şirkətin səhmlərinin 70%-i “LafargeHolcim” qrupuna məxsusdur. Şirkətin digər səhmdarları isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC (10%), Avropa Yenidənqurma və İnkişaf Bankıdır (10%). Səhm paketinin qalan 10%-nə digər kiçik səhmdarlar nəzarət edir.

Şirkət ötən ili 27 mln. 8,144 min manat zərərlə başa vurub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...