Forbes Kylie Jenner-in kosmetik markası Kylie Cosmetics-in təxmini dəyərini və reklam kampaniyalarında iştirakdan gəlirini nəzərə alaraq, onun maliyyə vəziyyətini 900 milyon dollar dəyərində qiymətləndirdi. Jenner artıq tarixdə ən varlı qadın sahibkarlardan biridir, amma bu onun fan klubuna az gəlib. Mark Zuckerberq 23 yaşında milyarder olub, Kylie Jennerin isə 21 yaşına kimi milyarder olmaq üçün şansı var. Onun ad günü avqust ayıdındadır, azarkeşləri isə artıq pul yığılmasını elan ediblər.
Hər şey zarafatla başlamışdı, amma tezliklə GoFundMe.com saytında nəvacib yığılmış səhifə yarandı. Hələki 41 nəfər bu məqsədlə pul verib və 500 dollar yığılıb.
Bu ilin aprel ayında həmin saytda İlona Maska üçün divan almağa pul yığırdılar , o, ofisdə yerdə yatarkən fotoşəkil çəkib paylaşmışdı. Bu məqsədlə 8 min dollar yığılmışdır.
Qeyd edək ki, Kylie Kim Kardashyanın bacısıdır.