Kvant yarışı: hansı ölkə blokçeynin ilk “killer”ini yaradacaq?

Date:

Paylaş:

Bu məqalədə kvant proqramının hansı mərhələdə olmasından və bu yarışda hansı ölkənin liderlik etməsindən danışacağıq.

Güman ki, ABŞ rəsmiləri dövlətin kvant hesablamaları inkişafında Çin və digər ölkələrdən geri qalmasına görə narahat olublar. Bu, çox şey vəd edən bir texnologiyadır və blokçeyndə, həmçinin, kriptovalyutalarda istifadə olunan şifrələnmələri qırmaq potensialına malikdir.

Kvant kompyuterləri klassik kompyuterlərin təkamülünün davamı deyil; onlar mövcud proseslərin sürətlənməsi hesabına deyil, kvant hadisələrinə əsaslanan yeni tip alqoritmlər hesabına işləyirlər.

Adi hesablamalar bitlərlə olur və onlar da ancaq iki dəyərə malikdir: 0 və ya 1. Kubitlər kimi tanınan kvant bitləri 0 və 1 və ya 0-la 1-in eyni zamanda istənilən birləşməsi halında ola bilərlər. Bununla , birbaşa müşahidə ilə müəyyən dəyər bildirirlər.

Bu, verilənlərin emalı və saxlanması üçün tam yeni imkanlar yaradır və müəyyən proseslərin modelləşdirilməsini asanlaşdırır.

Məsələn, kompyuter səyahətçi üçün, Romaya gedən 100 yoldan hansının münasib olduğunu müəyyən etməlidir. Klassik kompyuter bütün mövcud yolları seçməli olacaq, kvant kompyuteri isə tamam başqa variantdan istifadə edəcək.

Fizik və Amerikanın inkişaf bankının texnologiya məsləhətçisi Marcos Allende Lopez deyir: “ Çoxları belə düşünür ki, kvant kompyuteri bizə eynisini amma daha sürətli şəkildə etməyə imkan verir. Amma əslində isə məsələ daha ciddidir. Kvant kompyuteri hər yol üçün uğurlu gediş imkanı təqdim edərək, bütün həmin yolları bütövlük kimi dəyərləndirə bilir”.

Bu texnologiyalar üzərində gedən işlər hələ ki erkən mərhələdədir, amma zamanla belə kompyuterlər ənənəvi hesablama proseslərinin köməyi ilə həll oluna bilməyən problemləri həll edə biləcək və səhiyyədə, həmçinin, çətin riyaziyyat tapşırıqlarının həllində tətbiq olunacaqlar.

Blokçeyn və kriptovalyutanın işıq üzü görməsi baxımından kvant alqoritmləri xüsusilə maraqlıdır. Onlar digər texnologiyalarla müqayisədə “hash”ları (sabit ölçülü məlumatlar toplusu) asanlıqla tapa bilir, bu isə rəqəmsal imzaları və asimmetrik açarları zəiflədir, daha doğrusu, üzərində bu sistemlərin qurulduğu bütün kriptoqrafiyanı təhlükə altında qoyur.

Artıq uzun illərdir bu texnologiya ilə əlaqəli çoxsaylı risklər barədə xəbərdarlıqlar səslənir, amma bugün ekspertlər belə hesab edirlər ki, artıq kvant erası yaxınlaşır.

Rəqiblərin yarışı

Kvant hesablamaları sahəsində araşdırmaların ilkin mərhələsində ABŞ elmi işlərə liderlik edib, amma bir qədər sonra bu sahədə işləri stimullaşdırmaq üçün əlaqələndirilmiş dövlət strategiyasının olmaması xüsusən də digər ölkələrin aktiv fəaliyyətləri ilə müqayisədə özünü göstərdi.

Məsələn, Çin yaxın 10 ildə kvant sahəsində ABŞ-ı ötüb keçmək planları barədə ictimaiyyətə bildirir. Bu yaxınlarda, orada Xefey şəhərindəki yeni kvant laboratoriyasına 10 milyard dollar yatırım ediblər, 2016-cı ildə isə “qırılmaz” kvant protokolları ilə əlaqə üçün sputnik hazırlayıblar. 2017-ci ilə yaradılan həmin kvant protokolları ilə kvant şifrələnmə açarı formalaşır və onun  köməyi ilə avstraliyalı alimlərə çin alimləri arasında video zənglər həyata keçirilir.

Çinin Tencent və Baidu şirkətləri də öz layihələrini  inkişaf etdirirlər, Alibaba isə 10 kubitlik bulud kvant kompyuterini buraxması barədə bildirib.

Birləşmiş Krallıq son beş ildə yeni Quantum Hub Network şəbəkəsinə 400 milyon dollar xərcləyib, analoji təşəbbüsə Niderland 10 il ərzində 150 milyon dollardan çox pul qoyur, Avropa Birliyi isə 1,3 milyard dollar ayırıb.

Konqres qarşısında çıxış edən Monro bu sözləri deyib: “ Dünyanın müxtəlif bucaqlarındakı bu rəqabətli fəaliyyət bizim hərəkətə gəlməyimiz üçün  əsas olmalıdır. ABŞ-ın belə inkişaf sahələrində texnoloji liderliyi əldə saxlaması çox vacibdir”.

Boşluqların doldurulması

Çikaqo universitetinin informatika üzrə professoru Diana Franklin keçən il Konqresə deyib ki, son yarım ildə korporativ araşdırma laboratoriyaları və veçur kapital tərəfindən kvant texnologiyalarına qoyulan özəl investisiyalar artsa da federal maliyyələşmənin olmaması digər ölkələrlə rəqabəti çətinləşdirir.

Maliyyələşmə olmadan teoristik araşdırmalarla praktik olanları, həmçinin, kvant alqoritmlərinin kommersiya tətbiqi arasındakı boşluğu doldurmaq çətin olur.

Franklin deyir ki, tələbələr universiteti bitirdikdən sonra yaxşı iş axtarışında olurlar, amma bu baxımdan kvant hesablaması çox da dəbli sahə deyil. O, sözlərinə bunu da əlavə edib : “ Hələ ki, bazarımız yoxdur, çünki biz hansı kvant kompyuterləri tətbiqinin məhşur olacağını bilmirik”.

O, həmçinin qeyd edir ki, ilk nəsil kvant texnologiyalarının ABŞ-da hazırlanmasına baxmayaraq, ölkədə belə əməliyyatları sınaqdan keçirə və yerinə yetirə biləcək əməkdaşların sayı çox azdır.

Franklin əminliklə deyir ki, amerikan universitetlərində kvant hesablamalarına həsr olunan qayda-qanunun yaranmasından bəri keçən 17 il ərzində universitetlər bu sahə üzrə ixtisaslaşmış yalnız 200 aspitranta vəsait tapıblar.

Görünür, qanun keşikçiləri mütəxəssislərin sözlərinə qulaq asırlar, amma onlara problemin mahiyyətini qiymətləndirmək çətin gəlir.

Təklif olunan qanun araşdırmaların və tətbiqi layihələrin maliyyələşməsinin önə çıxarılmasını, federal səviyyədə idarələrarası koordinasiyanı, həmçinin, Google və ya IBM kimi artıq bu sahəyə yatırım etmiş amerikan “hitech”-şirkətlərinin satın alınmasını nəzərdə tutur.

Smith belə aydınlıq gətirib: “ Kvant hesablamaları sahəsində təşəbbüslər barəsində milli qanun hökumətin, bu sahə üzrə nümayəndələrin və elmi dairənin həmin sferada liderliyi qoruyub saxlamaq baxımından ən yaxşı ideyalarını bir yerə toplayıb. Bu  qanun layihəsi doğru istiqamətdə kvant sıçrayışı olacaq”.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...