Əsas səhifə Sual-Cavab Kursu yarımçıq tərk edən tələbələrdən pulu necə alaq- hüquqi məsləhət

Kursu yarımçıq tərk edən tələbələrdən pulu necə alaq- hüquqi məsləhət

343
Paylaş

#Sual : Bizim dil və kompyuter kursları verən xidmət şirkətimiz var. Bəzən tələbələrimizlə ödəniş problemlərimiz yaşanır. Tələbə kursu yarıda tərk edir və ödəniş verməkdən imtina edir. Bu halda biz ona qarşı hansı addımı ata bilərik?

#Cavab: Bu halda sizin müqavilə şərtlərinə baxmaq lazımdır. Əgər həmin müqaviləyə görə kursun ödənişini əvvəlcədən etməlidirsə şəxs o halda müqavilə öhdəliklərini icra etmədiyinə görə onunla müqaviləni xitam edib məhkəmə qaydasında pulunuzu tələb edə bilərsiniz. Bu zaman əvvəlcə həmin tələbəyə bildiriş göndərməlisiz müqavilənin ləğvi və onu məhkəməyə verəcəyiniz barədə.