Kuban regionunun iş adamları Azərbaycana səfər edəcək

Date:

Paylaş:

Rusiyanın Kuban regionunun iş adamları Azərbaycana biznes missiyası ilə səfər edəcəklər.

Biznes missiya mayın 14-18-də baş tutacaq.

Biznes missiya Azərbaycan-Rusiya İşgüzar Şurasının əməkdaşlığı və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Biznes missiyanın əsas məqsədi Kuban məhsullarının Azərbaycan bazarında inkişafı, Krasnodar vilayətində fəaliyyət göstərən iş adamları ilə potensial Azərbaycan şirkətləri arasında dialoqun qurulmasıdır.

Biznes missiyada Kubanda qeydiyyatdan keçmiş kiçik və orta sahibkarlıq subyektləri təmənnasız iştirak edə bilər. Proqrama sərgilərdə iştirak və işgüzar görüşlər, Azərbaycanın biznes və ictimaiyyət dairələrin B2B görüşləri, həmçinin yerli şirkətlərin fəaliyyəti ilə tanışlıq daxildir. 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...