Rusiyanın Kuban regionunun iş adamları Azərbaycana biznes missiyası ilə səfər edəcəklər.
Biznes missiya mayın 14-18-də baş tutacaq.
Biznes missiya Azərbaycan-Rusiya İşgüzar Şurasının əməkdaşlığı və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.
Biznes missiyanın əsas məqsədi Kuban məhsullarının Azərbaycan bazarında inkişafı, Krasnodar vilayətində fəaliyyət göstərən iş adamları ilə potensial Azərbaycan şirkətləri arasında dialoqun qurulmasıdır.
Biznes missiyada Kubanda qeydiyyatdan keçmiş kiçik və orta sahibkarlıq subyektləri təmənnasız iştirak edə bilər. Proqrama sərgilərdə iştirak və işgüzar görüşlər, Azərbaycanın biznes və ictimaiyyət dairələrin B2B görüşləri, həmçinin yerli şirkətlərin fəaliyyəti ilə tanışlıq daxildir.