Əsas səhifə Biznes sahələri Kriptovalyuta Kriptovalyutaların növbəti məğlubiyyəti. Bu, ən populyar olmayan ödəniş üsuludur

Kriptovalyutaların növbəti məğlubiyyəti. Bu, ən populyar olmayan ödəniş üsuludur

206
Paylaş

İstifadəçilərin 13% -i ödəniş zamanı rəqəmsal puldan, 81% -i isə bank kartlarından  istifadə edir.

“Kaspersky Lab” şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, internetdə alış-veriş zamanı  ödənişlərin ən populyar olmayan üsulu kriptovalyutadır, sorğuda 22 ölkədən 12.448 istifadəçi iştirak etmişdir. Respondentlərin əksəriyyəti ( 81%), alış-veriş zamanı kredit kartlarından istifadə etdiklərini bildiriblər.

“Kriptovalyutanın dəyərdən düşməsinə baxmayaraq, ona maraq hələ də var. Təəccübləndik ki, insanların 13% -i rəqəmsal pullardan istifadə edirlər “,  – deyə yeni məhsulların qiymətləndirilməsinin rəhbəri Vitaly Mzokov bildirib.

O, eyni zamanda, rəqəmsal valyutanın istifadəçilər üçün təhlükə yaratdığını qeyd edib. Məlumatlara görə, istehlakçıların 26%-i alış-veriş zamanı öz pullarını itiriblər. Ekspertlər PayPal kimi ödəmə sistemlərinin artan populyarlığını vurğulayıblar, respondentlərin 58% -i bu sistemdən istifadə edir.