Əsas səhifə Biznes Kriptovalyuta bazarının dəyəri 150 milyardı ötüb!

Kriptovalyuta bazarının dəyəri 150 milyardı ötüb!

786
Paylaş

Kriptovalyuta bazarının kapitallaşması ilk dəfə olaraq 150 milyard dolları keçib.

Bu barədə “Coinmarketcap.com” portalının məlumatında deyilir. Hazırda kapitallaşma 152 milyard dollar təşkil edir.

Birinci yeri “Bitcoin” (BTC) tutur. Onun bazar dəyəri 69,2 milyard dollar həcmində qiymətləndirilir.

İkincilik 30,1 milyard dollar bazar dəyəri ilə “Ethereum”a məxsusdur.

Üçüncü sırada 10,9 milyard dollar kapitallaşma ilə “Ripple” kriptovalyutası qərarlaşıb.

Dördüncü yerdə isə 10,8 milyard dollar kapitallaşma ilə “Bitcoin Cash” kriptovalyutasıdır.