Kriptovalyuta bazarında əqdlərin gündəlik həcmi ilk dəfə 50 mlrd. dolları ötüb

0
837
Bitcoin
Bitcoin

Kriptovalyuta bazarında keçirilən əqdlərin gündəlik həcmi dekabrın 20-də ilk dəfə 50 mlrd. ABŞ dolları həcmini ötüb.

“Report” xəbər verir ki, buna bazarın kapitallaşmasının artaraq 650 mlrd. dollar səviyyəsinə yüksəlməsi və bazar iştirakçılarının fəallaşması səbəb olub.

Qeyd edək ki, kriptovalyuta bazarında bitcoinin liderliyi getdikcə azalsa da, davam edir. Belə ki, “Bitcoin”in kapitallaşması 300 mlrd. dollar səviyyəsindən aşağı düşüb və hazırda 288 mlrd. dollardır. “Bitcoin”in bazar payı isə 44,8% təşkil edir.

Hazırda kriptovalyuta bazarında 1 371 valyuta, 7 707 birja fəaliyyət göstərir.