Kredit kartlarının sayı azalıb

Date:

Paylaş:

2019-cu ilin fevral ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 624 min ədəd təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, fevralda ödəniş kartlarının sayı 74 min ədəd artıb, kredit kartlarının sayı isə 94 min ədəd azalaraq, 779 min ədədə düşüb.

Kredit kartlarının bir ay ərzində belə sürətlə azalmasının səbəbinə gəlincə, əldə etdiyimiz məlumatlar göstərir ki, banklarda kredit kartlarının istifadə müddəti bitib. 2014-cü fevralında buraxılıb, 2019-cu ilin fevralında isə müddəti başa çatıb. Kartların müddəti isə yenilənmədiyindən saylarında bu qədər azalma baş verib.

Qeyd edək ki, yanvar ayı ilə müqayisədə, fevralda sosial kartların sayı 15 min ədəd artaraq, 2 milyon 535 min ədədə, əməkhaqqı kartlarının sayı 32 min ədəd artaraq 2 milyon 535 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 121 min ədəd artaraq, 1 milyon 225 min ədədə çatıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...