“Kraft Heinz” in baş icraçı direktoru 15 mlrd. zərərdən sonra vəzifəsindən ayrılacaq

Date:

Paylaş:

2019-cu ilin 30 iyun tarixində “Kraft Heinz” konsernin hazırkı baş direktoru Bernardo Hees vəzifəsindən ayrılacaq. İyulun 1-dən etibarən bu postu Miguel Patrizio tutacaq. konserninin baş direktoru vəzifəsindən ayrılacaq və 1 iyuldan yerini alacaq. Bundan öncə Miguel təxminən 20 il “Anheuser-Busch InBev” pivə istehsalı ilə məşğul olan  şirkətində işləyib, 2012-ci ildən 2018-ci ilə qədər isə “Corona”, “Budweiser” və “Stella Artois” kimi brendlərin marketinq direktoru kimi fəaliyyət göstərmişdir.

2019-cu ilin fevral ayında dördüncü rübün maliyyə hesabatından sonra, “Kraft Heinz”  təxminən 15,4 milyard dolların zərərə silinməsi barədə məlumat vermişdir. Bununla yanaşı konsern 12,6 milyard dollarlıq itkilərə dair hesabat vermişdir. Qeyd edək ki, 2017-ci ildə şirkətin gəliri 11 milyard dollar təşkil edib. Ümumiyyətlə, “Kraft Heinz”  səhmlərinin dəyəri 43% aşağı düşüb.

Səhmlər paketinin 27%-i Edward Buffett-in rəhbərlik etdiyi “Berkshire Hathaway” maliyyə fonduna məxsusdur. Fond şirkəti 2013-cü ildə, “3G Capital” ilə birlikdə 23,3 milyard dollara satın almışdır. 2015-ci ildə konsern “Kraft” şirkətini əldə edərək, birləşmə elan edir. Dörd illik bir müddətdə konsernin kapitallaşması 89 milyard dollardan 40,5 milyard dollara düşüb. Buffett şirkəti satmaq niyyətində olmadığını bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...