Kovörkinqləri klassik ofislərdən üstün edən 7 SƏBƏB

Date:

Paylaş:

Bred Nyuberq 2005-ci ildə ilk kovörkinqi yaradanda, çətin ki, 10 il ərzində bu formatın qazanacağı məşhurluğu təsəvvür edirdi.

2015-ci ildə aparılan araşdırmalara əsasən, dünyada təxminən 500 min insan kovörkinqlərdə işləyir, amma cari ilin sonuna qədər bu rəqəmin 1,2 mln-a yüksələcəyi gözlənilir.  Bununla yanaşı kovörkinq-məkanlarının ölçüləri və orada çalışanların xarakterik portreti də dəyişir. Əgər əvvəllər 700 kvadrat metr kifayət edərdisə, indi insanlar daha geniş məkanlarda işləməyi üstün tutur.

Kovörkinq sakinlərinin portretinə gəldikdə isə, bir qayda olaraq frilanselər və start up yaradıcıları belə məkanlarda işləməyə üstünlük verir, ölkə xaricində korporativ müştərilərin sayında artım müşahidə olunur, yəni son illər iri şirkətlərin kovörkinqlərə marağının artdığını görürük. Kovörkinqləri klassik ofislərdən üstün edən 7 başlıca nüansı diqqətinəz təqdim edirik.

1.  Sərfəli dəyər

Kovörkinqdə yer (işləmək üçün masa) bir qayda olaraq ənənəvi, klassik, analoji keyfiyyətdə olan ofislərdən daha ucuz olur. Bəzən kovorkinqlər biznes inkubator və akselerator rolunda da çıxış edir.

Image result for coworking space

2. «Hər şey daxil» sistemi

Hibrid ofislərdə bir çox məsələlər – məktubların qəbulu, təmizlik, təmir işləri, kommunal xərclər, internet və s məsələlər ilə kovorkinqin işçi heyəti məşğul olur, bu isə kovörkinq sakinlərinə öz işlərinə daha çox vaxt ayırmaq və məhsuldar olmaq imkanı verir. Bununla yanaşı ofisə xidmət göstərilməsi ilə bağlı bütün xərclər əksər hallarda kovörkinqdə yer üçün ödənilən qiymətə daxil olur və rezidentlər heç bir əlavə ödəniş etməli olmur. Kirayə götürülən biznes ofislərdə isə hər bir işlə özün məşğul olmalı olursan

3. Komfortlu iş saatları

Son illərdə 24 saat və həftənin bütün günləri fəaliyyət göstərən kovörkinqlər yaranmağa başlayıb. Onlardan biri kimi Baku Business Factory-ni misal göstərmək olar. Bu sadəcə işqolik (işləməyi çox sevən) insanlar üçün deyil, həm də evdən ofisə gəlib-qayıtmaqda çətinlik çəkən və daha uzaq yerlərdə yaşayan işgüzarlar üçün də vacib amildir. Kreativ insanlar isə ümumiyyətlə gecənin sakitliyində işləməyi daha çox sevir. Həmçinin şəhərin tıxaclardan əziyyət çəkdiyi saatlarda kovörkinqdə işləmək və faydalı nəsə etmək mümkün olur.

Image result for coworking space

4. Gözəl ofis tərtibatı

Interyerin gözəlliyinə görə, müasir kovörkinqlər biznes mərkəzlərdən geri qalmır ki, əksinə onları qabaqlayır.  O da düzdür ki, kovörkinqlərdə iş məkanını öz brendinə uyğunlaşdırılması imkanları məhduddur, yəni klassik ofisdə siz iş yerinizi fərdi istəyinizə uyğun dizayn etdiyinz halda, kovörkinqlərdə uyğunlaşmalı olan tərəf olursunuz.

Amma bu çatışmazlığı kovörkinq sahibləri daha maraqlı, rəngarəng, isti və rahat interyer ilə ardan qaldırmağa çalışır. Bu, həm də rezidentləri təmir ilə bağlı əlavə xərclərdən xilas etmiş olur.

5. Sosiallaşma və netvorkinq

Kovörkinqlərdə ən fərqli biznes istiqamətlərin nümayəndələri toplanır, onlar üçün yeni əlaqələrin qurulması olduqca vacibdir. Belə demək olar ki, bu formatda olan iş yerləri rezidentlərin tanışlığı və ünsiyyəti üçün münbit şərait yaradır. Klassik ofislərdə, Azərbaycanda tanıdığımız plazalarda çalışanlar sadəcə öz iş yoldaşları ilə kommunikasiyada olur və öz kabinetlərindən kənara nadir hallarda çıxır, digər kabinetlərdəki yoldaşları yalnız iş çıxışı, nahar fasiləsi və ya işə gələn zaman görürlər.

Image result for coworking space

Əlbəttə böyük işçi kollektivi olan şirkətlər üçün bu faktor əhəmiyyətsiz görünə bilər, amma kiçik biznes və startuplar üçün həyatı əhəmiyyət daşıyır. Bu onlara ofisdən çıxmadan belə tədarükçü, müştəri və ya partnyor tapmağa imkan verir.

6. Ortaq zonalar

Kovörinqlərin ən çox əhəmiyyət daşıyan bölgəsidir. Burada gün ərzində həyat qaynayır. Mətbəxləri ayrıca vurğulamaq olar. Biznes mərkəzlərdə mətbəxlərin olması nadir hadisədir və olduğu halda belə həmin mətbəxdə evdəki rahatlığa nail olmaq mümkün deyil. Kovörkinqlərdə isə vəziyyət başqadır. Çox zamanlar burada rezidentləri rahat mebel, geniş masalar, qidanın saxlanması və isidilməsi üçün məişət texnikası, soyuq və isti içməli su, çay və bəzən qonşuların təqdim etdiyi dadlı şirniyyatlar gözləyir. Ən əsası isə burda hər zaman kompaniya vardır: tənhalıqda sürətli nahar – kovörkinqlərə xas deyil.

İstirahət zonalarının əhəmiyyəti heç də az deyil. Hər kovörkinqin özünəməxsus abı-havası və həzzləri vardır. Misal üçün, BBF-də stolüstü tennis və playstation oynamaq üçün ayrıca otaq vardır.

Image result for coworking kitchen

7. Maraqlı tədbirlər

Rəngarəng eventlər – hibrid ofislərin daha bir vizit kartıdır. Bir qayda olaraq, keçirlən bütün tədbirlər və fəaliyyət növləri hansısa səviyyədə bizneslə əlaqəli olur, biznes qurmaq istəyənlər və kovörkinq üzvləri üçün faydalı olur. Amma əlbəttə ki, əyləncə xarakterli tədbirlər də istisna deyil: bütün vaxtı işə sərf etmək olmaz axı. Son dövrlərdə belə inisiativlər biznes mərkəzlərdə də müşahidə olunur.

Yeni ofis binalarını event zonalarını nəzərə almaqla layihələşdirirlər, hansı ki, həmin məkanda eyni anda daha çox insan yerləşə bilər. Amma qeyd etmək lazımdır ki, kifayət qədər məsrəflidir, çox zaman boş olan həmin sərbəst zonalar lazımı qədər vəsait qazandırmır, onların saxlanması xərcləri isə yüksək və ciddi rəqəmlər olur.

©banco.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...