Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Koronovirus “Starbucks”a zərər vurdu

Koronovirus “Starbucks”a zərər vurdu

46
Paylaş

Dünyada ən geniş yayılmış “Starbucks” kafe şəbəkəsi koronavirus səbəbindən 2020-ci il üzrə maliyyə proqnozunu yenidən nəzərdən keçirmək məcburiyyətində olduğunu açıqlayıb.

“Starbucks”ın Çində 4 292 kafesi mövcuddur və şirkətin onların sayını artırmaq planı var idi. Lakin yayılan koronavirus səbəbindən “Starbucks” 2 minə yaxın məntəqəsini bağlamalı, digərlərində isə iş cədvəlini dəyişməli olacaq.

Qeyd edək ki, “Starbucks”ın zərərinin dəqiq həcmi tanınmış kafe şəbəkəsinin neçə məntəqəsinin bağlamasından asılı olacaq.