Əsas səhifə Xəbərlər Digər xəbərlər Koronavirusa yoluxmağa razı olanlara 4600 dollar veriləcək

Koronavirusa yoluxmağa razı olanlara 4600 dollar veriləcək

18
Paylaş

Londonun Queen Mary BioEnterprises innovasiya mərkəzinin alimləri eksperiment keçirmək qərarına gəliblər. Onlar 24 sağlam könüllünü 0C43 və 229E virusu ştamlarına yoluxduracaqlar.

Hər iki ştam Covid-19 qədər də təhlükəli olmayan yüngül tənəffüs yolları simptomları ilə müşayiət olunur. Bu barədə The Daily Star xəbər verir.

Alimlər belə hesab edirlər ki, eksperiment epidemiya ilə mübarizədə yardımçı olacaq. Araşdırma müddətində iştirakçılar iki həftə təcrid olunmuş vəziyyətdə qalacaqlar, pəhriz saxlayacaqlar və fiziki təlimlərlə məşğul olmayacaqlar. İnsanlarla da əlaqələri kəsiləcək.

Bu müddət ərzində onlar təhlillər aparacaqlar (qan analızı) və qoruyucu geyimdə olan tibbi heyət də  yoluxmuş toxumaları toplayacaq.

Covid-19 vaksinləri hazırlayanlar yəqin ki, mükafat alacaqlar.