Əsas səhifə Nəqliyyat xəbərləri “Koronavirus yükdaşımalara ciddi təsir etməyəcək”

“Koronavirus yükdaşımalara ciddi təsir etməyəcək”

17
Paylaş

“ADY Konteryner” MMC-nin Biznesin inkişafı üzrə direktoru Rəşad Məcidov koronavirusun İrandan Azərbaycan istiqamətində yükdaşımalara ciddi təsir göstərməyəcəyini deyib.

“Regionda yayılma təhlükəsi olan koronavirus logistika sahəsində bir sıra problemlər yaradıb. İrandan gələn yükdaşımalarda azalma nəqliyyat sahəsində deyil, logistika sahəsində qeyd alınıb. Çünki anbarda nəqletməyə məhsul olmursa, bu artıq logistika ilə bağlı problemdir”, – deyə o vurğulayıb.

R.Məcidov qeyd edib ki, əsas daşıma istiqaməti olan Çində bəzi müəssisələr və zavodlar istehsalın həcmini aşağı salıblar. Hər il konteynerlə yükdaşımalar ən azı 50 faiz artır. Eyni artım bu ildə gözlənilir. Koronavirusun nəqliyyat sahəsinə böyük təsiri olacağı gözlənilmir.

Azərtac