Çində yayılan koronavirus digər ölkələrdə kiçik və orta sahibkarlara ziyan vurur.
Bizplus.az məlumat verir ki, nikaha daxil olan cütlüklər Çindən gətirilən gəlinlikləri istifadə etməkdən imtina edirlər.
Kaliforniya ştatındakı gəlinlik mağazasının sahibi Anjela Jourdan biznesində durğunluq yarandığını bildirib. Belə ki, o, Çindən parça, ipək, gəlinlik və toya aid digər əşyaları gətirə bilmədiklərini qeyd edib: “Çinlə ticarət əlaqələrimiz bərpa olunmasa, sahibkar kimi fəaliyyət göstərməyimiz mümkün olmayacaq”.