Əsas səhifə Xəbərlər Digər xəbərlər Koronavirus sosial şəbəkələrə necə təsir göstərib?

Koronavirus sosial şəbəkələrə necə təsir göstərib?

25
Paylaş

Koronavirusla əlaqədar insanların məsafədən isləməsi başda Feysbuk olmaqla, bir sıra sosial şəbəkələrin istifadəçi sayını artırıb.

Feysbukun yayımladığı göstəricilərə görə, şirkətə aid platformalardakı mesajların sayı 50% artıb. Messencer və Whatsappla aparılan səsli danışıqların sayı isə 2 dəfə çoxalıb.

Hər gün yüzlərlə insanın koronavirusdan həyatını itirdiyi İtaliya sosial şəbəkələrdən istifadə sayına görə liderdir. Ölkə istifadəçilərinin vaxtlarının 70%-ni Feysbuk platformalarında keçirdikləri məlum olub. İtaliyadakı Feysbuk və İnstaqram canlı yayımlarının sayı da 2 dəfə artıb. Feysbuk virusla əlaqədar qrup danışıqlarının sayında da xeyli artım olduğunu bildirib.

TED