Koronavirusun yayılması bir çox sahəyə zərbə vursa da, texnologiya sektoruna daha çox ziyan dəyir.
Qeyd edək ki, bu baxımdan Amazon, Feysbuk, Google və Apple-ın səhmlərində azalmalar müşahidə edilir. Microsoft isə ABŞ-da 1 trilyon dollarlıq dəyərini qoruya bilən yeganə şirkət olub.
Lakin Apple-da vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, şirkətin əsas istehsal ölkələri sayılan Çin və Hindistanda fəaliyyətin dayandırılması ilə Apple, ən çox ziyan görən markalardan olub.