Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Koronavirus “Corona” adlı pivənin satışlarına mənfi təsir edib

Koronavirus “Corona” adlı pivənin satışlarına mənfi təsir edib

57
Paylaş

Çində ortaya çıxıb dünyaya yayılan “corona” virusu epidemiyası ABŞ-da “Corona” adlı pivə markasının satışlarına mənfi təsir edib. Ad bənzərliyi səbəbilə ABŞ-da pivə içənlərin 38-i əsla “Corona” pivəsi içməyəcəyini söyləyir.

ABŞ-da “5W” adlı şirkətin 25-26 Fevral tarixlərində 737 pivə istehlakçısı arasında keçirdiyi sorğuya görə, ölkədə pivə içənlərin 38%-i, korona virusu epidemiyasına görə Meksikanın “Corona” adlı pivəsini almayacaqlarını söyləyiblər. 

Araşdırmanı aparan şirkətin qurucusu Ronn Torossian, “Birinin bara girib “Mənə bir “Corona” dediyini düşünə bilirsinizmi?!” deyib.

Sorğuda iştirak edənlərin 16%-i virus ilə pivə arasında bir əlaqə olub olmadığı mövzusunda əmin olmadığını dilə gətirib.

Yeri gəlmişkən, son həftələrdə  “Google”da “corona pivə virus” və “pivə coronavirus” axtarışa verənlərin sayı artıb.