Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Koronavirus Azərbaycanda kosmetika bazarını “vurdu” – VİDEO

Koronavirus Azərbaycanda kosmetika bazarını “vurdu” – VİDEO

64
Paylaş

Dünyanın probleminə çevrilmiş koronavirus hər sahəyə olduğu kimi kosmetologiyaya da təsirsiz ötüşməyib. Çünki kosmetika bazarının 70%-ni məhz Çin məhsulları tuturdu.

Hazırda isə Çindən məhsul gəlmədiyindən bu sahədə də ciddi problemlər ortaya çıxıb, koronavirus təhlükəsi kosmetoloji bazarı alt üst edib. Belə ki, istər kosmeteloji prosedurlar, istərsədə alınacaq məhsulların qiymətləri 50%-dən çox artıb.

Kosmetoloqların sözlərinə görə, əvvəllər adi bir prosedur üçün 50-100 manat tələb olunurdusa, artıq bu 2 dəfədən çox bahalaşıb. Bununla yanaşı müştərilərin seçim imkanı da azalıb.

Artıq insanlar Avropadan gələn bahalı məhsullara müraciət etməli olurlar ki, bu da bəzilərinin büdcəsinə uyğun olmur.

Kosmetik məhsullar bazarında da artım var. Mağazalar Çindən məhsul gəlməməsinin bazara ciddi təsir etdiyini bildiririlər.

Satıcıların sözlərinə görə, artıq ucuz məhsul olmadığından alıcılar daha çox nisbətən bahalı məhsullara müraciət etməli olurlar.