Əsas səhifə Xəbərlər Xarici xəbərlər Koronavirus “Apple” şirkətini riskə vadar edib

Koronavirus “Apple” şirkətini riskə vadar edib

13
Paylaş

Apple şirkətində yeni cihazlar üzərində işlər həmişə ofisdə bağlı qapılar arxasında həyata keçirilib. Belə ki, şirkət yeni məhsullarının hazırlanması ilə bağlı məsələləri hər zaman gizli saxlayıb.

Amma koronavirus səbəbindən Apple artıq bu qaydanı pozmaq məcburiyyətində qalıb və iş sirlərinin üstünün açılması riski ilə üzləşib.

Bu barədə Bloomberg yazır.

Nəşriyyatın açıqlamasına görə, karantin rejiminin tətbiqinə başlanandan sonra Apple da bir çox digər şirkətlər kimi bir sıra ofislərini bağlayaraq işçilərini evdən işləməyə göndərib və sonra onlara bildirib ki, ofisə gəlmək üçün xüsusi icazə lazımdır, hərçənd, bununla belə giriş kartları işlək olublar.

Qeyd edək ki, işçilərin məhsulların hazırlanması ilə bağlı detalları ailə üzvləri ilə belə müzakirə etmələrinə icazə verilmir və prototiplər ofisdə kilidli dolablarda saxlanılır.

Əməkdaşların yalnız bir qisminə ofisə gəlməyə icazə verilib – onlar  müəyyən işləri görmək üçün tələb olunan mühəndislərdir və bu məhdudiyyətin hələ ki aprelin 5-nə qədər qüvvədə olacağı nəzərdə tutulub.