“Korean Air Lines” şirkətinin prezidenti Ço Yanq-ho vəfat edib. 70 yaşlı Ço Yanq-ho uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, “Korean Air Lines” şirkəti 2014-cü ildən böhran içərisində idi. Hətta şirkət prezidentinin ailəsinin də adı qalmaqallarda hallanırdı. Belə ki, Ço Yanq-honun böyük qızı təyyarədə verilən çərəzi bəyənməmiş və onun yaratdığı qalmaqal səbəbindən Nyu-Yorka uçan təyyarənin mənzilbaşına çatmasında xeyli gecikmə yaranmışdı.
Bundan sonra isə Ço Yanq-ho etibardan sui-istifadədə və böyük maliyyə vəsaitini mənimsəməkdə ittiham edilərək məsuliyyətə cəlb olunmuşdu.