Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Korean Air Lines” şirkətinin prezidenti vəfat edib

“Korean Air Lines” şirkətinin prezidenti vəfat edib

168
Paylaş

“Korean Air Lines” şirkətinin prezidenti Ço Yanq-ho vəfat edib. 70 yaşlı Ço Yanq-ho uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi. 

Qeyd edək ki, “Korean Air Lines” şirkəti 2014-cü ildən böhran içərisində idi. Hətta şirkət prezidentinin ailəsinin də adı qalmaqallarda hallanırdı. Belə ki, Ço Yanq-honun böyük qızı təyyarədə verilən çərəzi bəyənməmiş və onun yaratdığı qalmaqal səbəbindən Nyu-Yorka uçan təyyarənin mənzilbaşına çatmasında xeyli gecikmə yaranmışdı. 
Bundan sonra isə Ço Yanq-ho etibardan sui-istifadədə və böyük maliyyə vəsaitini mənimsəməkdə ittiham edilərək məsuliyyətə cəlb olunmuşdu.