Əsas səhifə Məqalələr Maraqlı Konservləşdirilmiş balıqlar SSRİ-də necə məşhurlaşdı

Konservləşdirilmiş balıqlar SSRİ-də necə məşhurlaşdı

83

1939-cu ildə Vyaçeslav Molotovun (SSRİ Xarici İşlər Xalq Komissarı) həyat yoldaşı Polina Jemçuzina sovet balıqçılıq sənayesini idarə edirdi. Onun rəhbərliyi altında konservləşdirilmiş balıqların kütləvi istehsalına başlandı.

Ancaq konservləşdirilmiş məhsul almağa vərdiş verməyən  Sovet vətəndaşları, onu almağa tələsmirdilər. Bu zaman Jemçujina (və bəlkə də Molotov) hiyləgər bir çıxış yolu tapdılar.Həyat yoldaşı , SSRİ Ali Sovetinin bir yığıncağında, qaçaqmalçı bir dəstəsinin ölkə  xaricinə konservləşdirilmiş şüşələrdə qiymətli daşlar çıxardığını  bildirdi. Sözlərini təsdiqləmək üçün Molotov şüşələrdən birini açdı və təəccüblənən tamaşaçıların qarşısında bir inci çıxardı.

Təbii ki, bahalı daş-qaş haqqında şayələr yayıldıqdan sonra, konservləşdirilmiş balıqlar rəflərdən süpürülməyə başladılar.