The Verge qəzeti IDC və Gartner firmalarının araşdırmasına istinadən yazır ki, 2011-ci ildən bəri ilk dəfə olaraq fərdi kompüterlərin dünya bazarında artım müşahidə olunub.
IDC-ə görə, fərdi kompüterlərin bütün dünya üzrə satışı 266,7 milyon cihaz olmaqla 2,7% artıb. Gartner isə bu göstəricini 261,2 milyon cihaz olmaqla 0,6% artımla dəyərləndirib.
Hər iki şirkət bu artımı “Microsoft”un Windows 7 dəstəyini dayandırması ilə əlaqələndirib. Əməliyyat sisteminin yenilənməsi bildirişini yenidən almaqda davam etmək üçün üç yaşında kiçik olan cihaz sahibləri əməliyyat sistemini Windows 10-a kimi yeniləməlidirlər. Qalanlar isə yeni kompüter almalıdırlar.”NetMarketShare”nin məlumatına görə, Windows 7 fərdi kompüterlərin 30%-dən çoxunda istifadə olunur.
IDC belə hesab edir ki, 5G və ya qatlanan ekranlı texnologiyalar da daxil olmaqla, digər yeni texnologiyaların da yaranmasına baxmayaraq, FK-lara tələb uzun çəkməyəcək. Bundan əlavə, Windows 8 dəstəyinin dayandırılması fərdi kompüterlərə belə bir tələb yaratmayacaq. Belə ki, onun bazar payı Windows 7-yə nisbətən azdır, nəşriyyat bildirir.