Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Kommunal sektorda fəaliyyət göstərən şirkətlərin özəlləşdirilməsinə ehtiyac var”

“Kommunal sektorda fəaliyyət göstərən şirkətlərin özəlləşdirilməsinə ehtiyac var”

197
Paylaş

Vüqar Bayramov: “Bu, şəffaflığın güclənməsi, vəsaitlərə qənaət baxımından faydalı olar”

“Kommunal sektorda fəaliyyət göstərən şirkətlərin özəlləşdirilməsinə və idarə edilməsinə ehtiyac var”.

“Bizplus.az” bildirir ki, bunu “Moderator.az” – a açıqlamasında iqtisadı alim Vüqar Bayramov bildirib. Ekspertin sözlərinə görə, belə bir addım həm bu sahəyə ayrılan vəsaitlərə qənaət etməyə, həm də şəffaflığın artırılmasına səbəb ola bilər:

“Belə bir addım büdcədən məlum sahəyə ayrılan vəaitlərin həcminin azalmasına səbəb ola bilər. Bu həmin vəsaitlərin daha səmərəli şəkildə istifadəsinə şərait yaradacaq, şəfafflığı gücləndirəcək”.

Ekspert hesab edir ki, digər sahələrdə də vahid qurumların yaradılmasına ehtiyac var və bu, bir çox baxımdan zəruriridri:

“Biz enerji və s. sahələr üzrə vahid quurmun yaradılmasının tərfdarıyıq. Çünki nəticə etibari ilə belə bir vahid quurmun yaradılması dövlət vəsaitlərinə qənaət etməyə, idarəetməni optimallaşdırmağa imkan verəcək”.