Komitə sədri koronavirusla bağlı sahibkarlara məsləhət verib

Date:

Paylaş:

“Koronavirus epidemiyasının bu miqyasda yayılması iqtisadiyyatda yeni və uzunmüddətli olacaq reallıqlar yaratmaqdadır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, virus artıq iqtisadi çətinliklərə səbəb olmaqdadır. Ola biləcək iqtisadi böhran həm də yeni imkanlar deməkdir. Amma bu imkanlardan yalnız bacarıqlı və kritik düşüncə tərzinə malik olanlar faydalana bilirlər. Təhlillər hər bir sahibkara innovativ, çevik biznes fəaliyyətinə hazır olmağın vacibliyini göstərir.

T.Mirkişili qeyd edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da məhdudlaşdırıcı tədbirlərin tətbiq olunması sahibkarlar üçün bəzi çətinliklər yaradacaqdır. İtkiləri kompensasiya etmək və yeni biznes metodları yaratmaq üçün sahibkarlara aşağıdakı tövsiyyələri vermək istərdim:

1. Vətəndaşlara evdən çıxmadan sizin xidmətlərdən istifadə etmək üçün onlayn platformalar yaradın. “Onlayn həkim”, “onlayn müəllim”, “onlayn repetitor”, “taksi”, “onlayn kino”, “fərdi idman zalı”, “çatdırma”, “təmizləyici və dezinfeksiya”, “kommunal xidmətçi”, “analiz” və s. kimi xidmətlərə böyük tələbat yaranacaqdır.

2. Bu platformalarda vətəndaşların mal və xidmətlər əldə etmək, onlayn ödəmək üçün rahat imkanlar yaradın.

3. Vətəndaşlarla əlaqə, onlayn məsləhət, video əlaqələr kimi əlaqə kanallarını yaradın.

4. Vətəndaşlara mal və xidmətləri onlara evlərində təqdim etmək üçün sürətli kuryer və ya çatdırma xidmətlərindən geniş istifadə edin.

5. Öz əməkdaşlarınızın evdən işləyə bilməsi üçün informasiya texnologiyalarının imkanlarından maksimum istifadə edin, fəaliyyətinizi tam elektronlaşdırın.

Bu cür hadisələr iqtisadi subyektlerin stress testə məruz qalmasını labüd edir. Ənənəvi medotlardan uzaqlaşa bilməyən sahibkarlar müflis olur, çevik, dəyişkən və innovativ sahibkarlar isə daha çox inkişaf edirlər. Çalışın, innovativ olun ki, biznesiniz xəstələnməsin.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...