Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2018-ci il üçün payız sessiyasının hesabatı və 2019-cu ilin yaz sessiyasının qanunvericilik planı müzakirə edilib.
Trend-in məlumatına görə, komitə sədri Hadı Rəcəbli bildirib ki, son payız sessiyasında komitədə 45 məsələ, o cümlədən, 21 qanun layihəsi müzakirə olunub, plenar iclasa tövsiyə edilib:
“Eyni zamanda, komitəyə 648 sənəd daxil olub. Bunların 579-u ərizə və şikayətlər olub. Bizə edilən müraciətlərin çoxu isə ünvanlı sosial yardımla bağlıdır”.
Komitə sədri ünvanlanan müraciətlər arasında əlillik və səhiyyə ilə bağlı müraciətlərin də olduğunu bildirib.