Köhnə qiymətli kağızlara investisiya etmək sərfəlidirmi?

Date:

Paylaş:

Köhnə əskinaz və səhmlər artıq tək kolleksionerlərin maraq dairəsində deyil, investisiya alətinə çevrilib.
Bonlara – köhnəlmiş banknotlar və qiymətli kağızlara – investisiya qərb bazarı üçün yeni ideya deyil. Avropada neçə illərdir ki, Britaniyanın “Spik & Son”, ABŞ-da isə “Heritage” və “Stacks” hərrac evləri fəaliyyət göstərir. 2013-cü ildən Rusiyada “Знакъ” hərrac evi də bu cür ticarətlər həyata keçirir.
“Spik & Son”-un çeşidləri sırasında 130 dollara satılan Amerikanın 1920-ci ilin “Marconi Wireless Telegraph Company”nin səhmləri və 385 dollar qiymətləndirilən 1940-cı ilə aid Honkonq poçt markaları var. Ən baha lotlar adətən ənənəvi (oflayn) hərraclarda keçirilir. Belə ki, may ayının sonunda “Emissiya 10” hərracında köhnə dövlət istiqrazları satılacaq.
Məsələn, keçmiş SSRi-nin 1931-ci ilin 10 000 funt-sterlinq dövlət öhdəliki 140 000 rubl qiymətində (təxminən 4 159 AZN) satışa çıxarılacaq. Həmçinin 1918-ci ilin 20 tengəlik nadir Buxara əmirliyi banknotu isə 280 000 rubla (təxminən 8 319 AZN) satışa çıxarılıb Hərrac evi rəhbəri İlya Qoryanovun dediyinə görə, ağıllı strategiya ilə investor 10 qat mənfəət qazana bilər. Müqayisə üçün S&P 500 indeksi 1937-ci ildən 307,67 dollardan 2 362,72 dollara və yaxud 667,94% bahalaşıb.

Hər şey necə təşkil edilir?

Bonistika (bonlar haqda elm) həmişə qeyri-populyar bir məşquliyyət olub. Bu iş xüsusi biliklər tələb edir, aşağı populyarlığa görə o digər investisiya imkanları arasında qiymətlənməyib. Bonlara sərmayə yatırmaq istəyən investorun iki yolu var. Ən sadəsi, lakin xərci çox olan məsləhətçi tutmaq. Adətən onun xidməti alınan ya satılan bonun qiymətinin 10-20%-ni təşkil edir. Bonun qiyməti nə qədər çox olsa, məsləhətçi daha az faiz alacaq.
İkinci yol – özünün ekspert olması. Bunun üçün bon və oların qiymətləri haqda xüsusi kataloq və kitabları öyrənmək gərəkdi. Lakin komissiyanı hər məsləhətçi götürmür. Qərbdə alıcıdan daha çox komissiya götürülür.
Onu da qeyd edək ki, daha az nüfüzlu lotlar üzrə Rusiyada elektron hərracı keçirilir. Onlara start qiymət çox vaxt təqribən 3 manatdan başlayır.
Onu da bilməlisiz ki, raritet qiymətli kağızlar bazarında kifayət qədər saxtalar var. Bunun üçün azad normativ ekspertiza mövcuddur. Dünyada bu işlə ABŞ-ın PCGS və PMG şirkətləri məşğul olur. Onlar 70 ballıq beynəlxalq şkala ilə bonlara qiymət verir. Bu şkala üzrə 68 baldan yuxarı olan bonlar 64 balla qiymətləndirilərdən 20 dəfə daha bahadır.

İnvestisiya yatırmağa dəyərmi?

Bəzi ekspertlərin dediyinə görə, bonların seçim və qiymətləndirilməsi ilə çətinliklər bu kağızları qeyri-effektiv edir: “Bu, aşağı likvidli maldır. Kağızın qiyməti ola bilər, lakin ona alıcı tapılmaya da bilər. Brilliant ya incəsənət əsəri almaq ondan daha məqsədyönlüdür. Aktivin qiymətinin uzun dəyişikliklərinə görə, ondan investorun nəvə və nəticələri faydalana bilər”

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...