Böyük gəlirlər gətirməsi ehtimal edilən lahiyələr çox zaman ortadadır və əksər biznesmen tərəfindən rəğbət görür. Amma, gəlir gətirmə ehtimalı yüksək qiymətləndirilən bu layihələrin heç bir qarantisi yoxdur. Bir sözlə potensiyal bazar olaraq görülən bəzi sektorlar, ümid edilənin tərsini ortaya qoyaraq böyük məbləğdə yatırımları puç edə bilir. Eyni zamanda bəzən də heç düşünmədiyimiz, amma, gəlirli bir sektor gözümüzdən yayına da bilir. Eyni ilə Stance adlı şirkətin riskli, amma uğurlu biznesi kimi.
6 ilə yaxın bir müddətdir ki, yaranmış olan bu şirkət hər kəsin bildiyi və illərdir istifadə etdiyi bir sektora tam fərqli şəkildə girərək 86 milyona qədər sərmaye çəkməyi bacardı. Bu, corab sektoru idi. Dünya və firmalar texnoloji yeniliklərlə bir biri ilə mübarizə apararkən, Stance şirkətinin qurucuları köhnə bazara yenilik gətirərək milyondan artıq satış həyata keçirdilər. Onların məqsədi bu sıxıcı və tünd rəngli geyim vasitəsini dava sevimli və dəbdəbəyə uyğun hala gətirmək idi.
Qurum ilk olaraq NBA”nın lisenziyalı corablarını istehsal etməyə başladı. Daha sonra çeşidləri baxımından xeyli genişləməyə başlayan qurumun istehsalı rəngarəngliliklə bərabər corabların üzərinə Harley Davidson, Rihanna kimi məşhurları da təsvir edərək heyran kütləsini daha da genişləndirdi.
Şirkətin qurucusu olan Jeff Kearel verdiyi bir müsahibədə fikrin hardan gəldiyindən bəhs etmişdir. O Target adlı bir marketdə gəzərkən vitrinləri gözdən keçirmiş oyuncaq, məktəb ləvazimatları və.s kimi avadanlıqların xeyli çeşiddə formalarının olduğunu görmüşdür. Jeff Kearel corab vitrininə yaxınlaşarkən isə, orada yalnızca boz, şabalıdı, qara və ağ rəngli corabların olduğunu görmüş və sonradan quracaqları şirkətin ilk ideası ağlına gəlmişdir. Daha sonra fikrini dostuna danışmış və ilk əvvəl dostu onun zarafat etdiyini zənn etsə də, sonra həm fikir olmaları o qədər də uzun çəkməmişdir.
6 il müddətində 15 milyon corab satmış şirkət alt paltarları sektoruna da daxil olmaq üçün yeni yatırım ortaqları axtarmaqdadır. Şirkət eyni zamanda ABŞ-da özünə məxsus olan 6 yeni mağazasını da açmağı planlaşdırır.
©biznesmen