“Eastman Kodak” şirkəti ötən rüb üçün hesabatını dərc edib.
Hesabat dövrü əfsanəvi fototexnika və foto materiallar istehsalçısına 357 milyon dollar gəlir gətirib. Bu, ötən ilin göstəricisindən 20 milyon dollar və ya 5 faiz azdır.
Valyuta məzənnəsi nəzərə alınmaqla, şirkətin gəlirləri bir il ərzində 14 milyon dollar və ya 4 faiz azalıb. Rübün nəticələrinə görə, şirkətin xalis mənfəəti 7 milyon dollar olub. 2016-cı ilin birinci rübündə istehsalçı 15 milyon dollar həcmində itki ilə üzləşib.
Ötən rübün sonuna “Kodak” şirkətinin sərəncamında 378 milyon dollar vəsait olub ki, bu da ötən ilki göstəricidən azdır. İstehsalçı bunu anbar ehtiyatlarını doldurmaq üçün mövsümi xərclərlə izah edir.
lent.az