Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti əməkdaşlıq edəcək

KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti əməkdaşlıq edəcək

21

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Ernst & Yanq Holdinqs” şirkətinin ölkəmizdəki filialı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan verilən məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Ernst & Yanq Holdinqs” şirkətinin Azərbaycandakı filialının rəhbəri İlqar Vəliyev imzalayıblar.

Memorandum kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün innovativ təşəbbüslərin həyata keçirilməsi, sahibkarların maarifləndirilməsi, dövlət və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, o cümlədən “Ernst & Yanq Holdinqs”in “Wavespace” proqramının agentlikdə tətbiqi, “Entrepreneur of the year” və “Entrepreneurial Winning Women” tədbirlərinin birgə təşkili kimi istiqamətlərdə qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində KOB subyektlərinin biznes bacarıqlarının artırılması üçün onlara təlim, məsləhət, informasiya və digər maarifləndirici xidmətlər göstəriləcək, bu məqsədlə “Ernst & Yanq Holdinqs” şirkətinin kadr potensialından və beynəlxalq təcrübəsindən istifadə ediləcək, KOB-lar üçün maarifləndirici materiallar hazırlanacaq, startapların, mikro və kiçik biznes subyektlərinin sərgilərdə və təcrübə mübadiləsi proqramlarında iştirakına birgə dəstək göstəriləcək.

Rəy bildir

Please enter your comment!
Please enter your name here