Əsas səhifə Satışda olan bizneslər Ticarət obyekti KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib

KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib

131
Paylaş

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)  Qusarın Düztahir və Gican kəndlərinin fermerlərinə məhsul satışında dəstək göstərib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, kənd sakinləri Agentliyin Qusar “KOB Dostu”na müraciət edərək əkdikləri kələmi sata bilmədiklərini və bu sahədə onlara dəstək göstərilməsini istəyiblər. KOBİA-nın dəstəyi və əlaqələndirməsi ilə Düztahir və Gican kəndlərinin 7 fermer təsərrüfatında yetişdirilən 5 ton kələm “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən satın alınıb. Düztahir və Gican kəndlərinin digər fermerlərinə də kələmin satışında dəstək göstəriləcəkdir.

Qeyd edək ki, KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindən biri də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yerli və xarici bazarlara çıxışına dəstək olmaqdır. Bu məqsədlə Agentlik tərəfindən müvafiq dəstək tədbirləri həyata keçirilir.