Google Ads nədir?

    0
    254

    Google Ads nədir?

    Dünya miqyasında reklam bazarında liderlik edən Google Ads-də, məhsul və ya xidmət təklif etmək çox asandır. Hər firmaya reklam vermə şansı təqdim edən Google Ads-ın istifadəsi olduqca asan, sürətli olmaqla bərabər, geniş kütləni də əhatə edir. Düzgün istifadə olunduqda effektivlik dərəcəsi yüksək olur və reklam üçün seçilən kəlimələr arasında da rəqabət yaranır.
    Reklamın ən sadə və effektiv yolu
    Google Ads-ın istifadəsi olduqca sadədir. Təbii ki, bu işdə də mütəxəssis köməyindən istifadə etmək daha məqsədəuyğundur. Reklam verənlər Google Ads vasitəsilə gələn hər bir ziyarət üçün məbləğ ödəyirlər. Asan istifadə olunduğu üçün Google Ads ən çox istifadə olunan Google xidmətlərindən biridir.
    Büdcə təyinetməyə yardımçı olur
    Ads reklamlarını verməzdən əvvəl ilk öncə büdcənizi təyin etməli və buna uyğun addım atmalısınız. Burada nə qədər çox maliyyə sərf etsəniz, bir o qədər çox ön sıralarda yer alacaqsınız. Bir məhsulu tanıdarkən klik başına ödəniş sisteminin keçərli olduğunu unutmayın.
    Açar söz təyini
    Büdcənizi təyin etmisinizsə, ikinci vacib olan məsələni unutmamalısınız. İkinci əsas məsələ isə düzgün açar sözün seçilməsidir. Bu işdə SEO mütəxəssisləri vacib rol oynayırlar. Belə ki, bu mütəxəssislər məhsula uyğun gələn söz və söz birləşmələrini düzgün seçməlidirlər. Bu seçimlər istifadəçinin məhsul və xidmətlərinizi daha tez tapmaqda yardımçı olacaq. Buna misal olaraq, Dominos-un Google Ads-də verdiyi reklamı göstərmək olar. Belə ki, istifadəçi “Lahmacun sifarişi ver ” axtarışını verdikdə “Pizza mı Lahmacun mu? ” və ya Dominosun digər məhsulları haqda təkliflər öz əksini tapırdı. Bu yolla Dominos öz internet üzərindəki satışlarını 4 dəfə artıra bilmişdi. Yəni reklam verərkən insanların düşüncəsinə təsir edən sadə amma yaradıcı fikirlər tapmaq vacibdir. Çünki reklam insanların şüur altına təsir edən amillərdəndir.
    Fərqli saytlarda reklam verməyin üstünlükləri
    Reklamınızı eyni zamanda başqa saytlarda da vermək şansınız var. Məhsullarınızı Google-un sahib olduğu ya da ortağı olduğu saytlarda görüntüləyə bilərsiniz. Bundan əlavə reklamlarınızın hansı saytda təqdim olunması seçimini özünüz edə bilərsiniz.