Estoniyada startaplar

    0
    155

    Estoniyada startaplar

    Estoniya düyada startap sahəsində ən tanınmış ölkələrdən biridir. Sahibkarlıq infrastrukturu kompleks yanaşma ilə seçilir. Belə ki, “Skype”, “Trasfer Wise” və “Grab Cab” kimi məhşur startaplar Estoniyada yaranmışdır. Estoniyada startapların inkişaf etməsi üçün əlverişli mühit yaradılmışdır. Hal- hazırda Estoniyada yalnız bir dövlət dəstəyi fondu var. 2013-cü ilin dekabrında Estoniya hökuməti yeni müəssisələrin yaradılması üçün 60 milyon avro vəsait ayırmaq qərarına gəlib.

    İlkin şirkətərin yaradılması üçün hökumət tərəfindən xüsusi startap subsidiyaları da mövcuddur. Subsidiyaların həcmi vəziyyətdən aslıdır və 4.474 avroya qədər qalxa bilər. Ölkədə yerli şirkətlərin qeydiyyatdan keçməsi bir neçə dəqiqə, xarici şirkətlərin qeydiyyatdan keçməsi üçün isə bir neçə gün vaxt tələb olunur. Ölkənin vergi sistemi dünyada ən liberal sistemlərdən biridir.

    Bundan başqa, ölkədə “Startap Estoniya” fəaliyyət göstərir ki, bu da hökumətin irəli sürdüyü təşəbbüsdür. “Startap Estoniya” Estoniya İnkişaf Fondu tərəfindən idarə olunur və Avropa Regional Fondu hesabına maliyyələşdirilir.

    “Startap Estoniya”nın əsas məqsədi Estoniyada startap ekosisteminin inkişafına təkan vermək və startap şirkətlərin inkişafı eləcə də onların maliyyə vəsaiti əldə etmələri üçün köməkliyin göstərilməsidir. Estoniya İnkişaf Fondunun məlumatına görə hal-hazırda Estoniyada təxminən 350 startap var və onların 2020-ci ilə qədər 1000-ə çatması gözlənilir.