Bizines mələkləri (Mələk investorları, Business angels)

    0
    739

    Bizines mələkləri (Mələk investorları, Business angels)

    Şəkil 1-də görsəndiyi kimi startap üçün ən ilkin kapital startapı təsis edən şəxslər və onlara yaxın olan adamlardan (ailə və dostlar) alınır (və buna toxum kapitalı deyilir). Lakin bu kapitalın həcmi çox cüzi olur və ən ilkin tədqiqatın aparılması və prototipin hazırlanaması üçün ayrılır (və çox zaman yetərli olmur). Bu kateqoriya startaplara yatırım dünyada üçüncü yeri tutur.
    Toxum kapitalının nəticəsində məhsula dair hər hansı ilkin məlumatlar, biznes plan, prototipin nüxsələri və hətta kiçik miqyaslı modeli qurulandan sonra növbəti maliyyələşdirmə mərhələsinə keçid baş verir. Bu mərhələdə maliyyə sərmayəsi “biznes mələkləri” və ya başqa formada desək “mələk investorları” tərəfindən verilir. Qeyd etmək lazımdır ki, “mələk investorları” investisiyalı “vençur kapitalı” ilə müqayisədə daha yüksək riskli investisiyalar hesab edilir.

    Mələk investorların ən böyük xüsusiyyəti odur ki, bunlar qeyri-rəsmi investorlardır. Bu tip inverstorlar öz şəxsi büdcələrindən biznes startapların ayağa qalxması üçün vəsait ayırır və bunu geri dönəcək borc olaraq, yaxud da layihəyə ortaq olaraq həyata keçirirlər.

    Risk sərmayədarı (“venture capital”) şirkətlərindən fərqli olaraq biznes mələkləri startapları öz şəxsi vəsaitləri hesabına dəstəkləyirlər. Bu sərmayələr çox riskli olduğu üçün onlar 5-7 il kimi uzun müddətli deyil, 1-2 il ərzində qazanc olaraq geri dönüş edə biləcək startaplarla maraqlanırlar.

    Nyu Hampşir Universitetinin (New Hampshire University) professoru və Venture Araşdırmalar Mərkəzinin təsisçisi Uilyam Vetrel (William Wetrel) ilk dəfə 1978-ci ildə ABŞ-da başlanğıc kapitalın necə inkişaf etdirilməsi istiqamətində qabaqcıl tədqiqatlara dəstək verən investorlar barədə ümumi fikir formalaşdırmaq üçün “angel” terminindən istifadə etmişdir.

    Digər amerikalı tədqiqatçılar1 tərəfindən hazırlanmış hesabatda yer alan cədvəllərdə, biznes mələkləri tərəfindən dəstəklənən startapların digər alternativ sərmayə dəstəyi alan startaplardan daha uğurlu nəticələr əldə etdikləri barədə məlumat yayımlanıb.
    Belə ki, ABŞ-da startaplar 2007-ci ildən biznes mələkləri tərəfindən dəstəklənməyə başlayıb və həmin dövrdə qoyulan investisiyaların ortalama büdcəsi 450 min ABŞ dollarına qədər qalxmış, sonra isə 2009-cu ildə müxtəlif biznes sahələrinə daha böyük büdcəli sərmayələr ayrılmış və bu investisiyalardan İKT sektorunun payı 5% olmuşdur. 2011-ci ilin 2-ci rübündə ABŞ-dakı mələk sərmayələrin 7,5 milyard dollarının 39%-i coğrafi olaraq, ABŞ-ın ən böyük texnoloji şirkətlərinin yerləşdiyi, Silikon Vadisinin payına düşüb.

     

    Əmrah Qarayev