Büdcənin köklü şəkildə dəyişdirilməyəcəyi təqdirdə, Amerikanın elektrik maşınları istehsalçısı “Tesla” 10 aydan sonra müflisləşə bilər.
“Amerikanın Səsi” yazır ki, bu barədə şirkətin qurucusu Elon Musk-ın, tabeliyində olanlara məktubunda məlumat verilib.
Öz işçilərinə müraciətdə Musk belə deyib: “ Bu yaxınlarda şirkət maliyyədə əlavə 2.7 milyard dollar əldə edib, lakin istehsal bir ilə bəs etməyəcək qədər çox pul aparır.
Müflisləşmənin qarşısını almaq üçün Musk xərcləri dayandırmaq təşəbbüsünü irəli sürüb: Xüsusi ekspertlər qrupu avtomobil ehtiyat hissələri, işçilərin ödənişi və səyahəti və otaq kirayəsi də daxil olmaqla, xərclərin nədə azaldılmasını axtaracaqlar.
Büdcənin hər bir hissəsinə Musk şəxsən özü və yeni maliyyə direktoru Zack Kirkgorn nəzarət edəcək.
Mediada belə düşünürlər ki,Musk işçilərini bu barədə xəbərdar etməklə onlara öz bölmələrinin büdcəsinə nəzarət etməyə görə vaxt vermiş olub: “ Bu çətin bir dəyişiklikdir, lakin bu, “Tesla” üçün maliyyə stabilləşməsi və məqsədə uğurla çatmaq yolunda yeganə vasitədir – dünyanın ekoloji baxımdan davamlı olmasına yardım etmək”.
Elektrik maşınların istehsalı üzrə liderlərdən biri ilk dəfə deyil ki, tədbirlər görür. Keçən ilin iyununda “Tesla” işçilərinin 9%-ni , yanvarında isə daha 7%-ni qovub.