KİV – “Tesla” 10 aydan sonra iflasa uğraya bilər

Date:

Paylaş:

Büdcənin köklü şəkildə dəyişdirilməyəcəyi təqdirdə, Amerikanın elektrik maşınları istehsalçısı “Tesla” 10 aydan sonra müflisləşə bilər.

“Amerikanın Səsi” yazır ki, bu barədə şirkətin qurucusu Elon Musk-ın, tabeliyində olanlara məktubunda məlumat verilib.

Öz işçilərinə müraciətdə Musk belə deyib: “ Bu yaxınlarda şirkət maliyyədə  əlavə 2.7 milyard dollar əldə edib, lakin istehsal bir ilə bəs etməyəcək qədər çox pul aparır.

Müflisləşmənin qarşısını almaq üçün Musk xərcləri dayandırmaq təşəbbüsünü irəli sürüb: Xüsusi ekspertlər qrupu avtomobil ehtiyat hissələri, işçilərin ödənişi və səyahəti və otaq kirayəsi də daxil olmaqla, xərclərin nədə azaldılmasını axtaracaqlar.

Büdcənin hər bir hissəsinə Musk şəxsən özü və yeni maliyyə direktoru Zack Kirkgorn nəzarət edəcək.

Mediada belə düşünürlər ki,Musk işçilərini bu barədə xəbərdar etməklə onlara öz bölmələrinin büdcəsinə nəzarət etməyə görə vaxt vermiş olub: “ Bu çətin bir dəyişiklikdir, lakin bu, “Tesla” üçün maliyyə stabilləşməsi və məqsədə uğurla çatmaq yolunda yeganə vasitədir – dünyanın ekoloji baxımdan davamlı olmasına yardım etmək”.

Elektrik maşınların istehsalı üzrə liderlərdən biri ilk dəfə deyil ki, tədbirlər görür. Keçən ilin iyununda “Tesla” işçilərinin 9%-ni , yanvarında isə daha 7%-ni qovub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...