Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri KİV İsveçrədə Telman İsmayılova qarşı məhkəmə prosesinin başlanması barədə xəbər alıb

KİV İsveçrədə Telman İsmayılova qarşı məhkəmə prosesinin başlanması barədə xəbər alıb

131
Paylaş

Sürix Şəhər Prokurorluğu , VTB-yə məxsus BM bankın bildirişinə əsasən rusiyalı sahibkar Telman İsmayılova qarşı məhkəmə işinə başlayıb. Bu barədə “Kommersant” qəzeti mənbələrə əsasən yazır. İsmayılov İsveçrənin Cinayət Məcəlləsinin üç maddəsini – 163, 164, 165-ci maddələri pozmaqda təqsirləndirilib. Onlarda borclunun əmlakının tutulması ilə bağlı fırıldaqçılıqdan, kreditorların zərərinə aktivlərin faktiki azaldılmasından, həmçinin,  aktivlərin israf edilməsindən bəhs edilir. Ən ağır maddə ilə verilən cəza beş ilə qədər azadlıqdan məhrumetmədir.

Keçmiş Moskva Bankı BM bankın bildirişində söylənilib ki, 2012-ci ilin sentyabrdan 2014-cü ilin fevralına kimi o, ümumi məbləği 230 milyon dollardan çox olan üç kredit verib. Onu alanlar arasında OOO “Руслайн 2000” və Hollandiyanın, İsmayılova məxsus AST qrupuna daxil olan Tropicano Finance var. Sonuncusu bu kreditlərlə bağlı zəmanət verən olub. Bir qədər vaxtdan sonra  şirkətlər onların xidmətindən imtina ediblər, hal-hazırki vaxtda cərimələr və cəriməli borclar 15 milyard rubl təşkil edir. İsmayılov özü bankrot olub və mülkü isə bazara çıxarılmalıdır.

Əvvəllər BM bank, İsmayılova məxsus olan “Praqa” restoranı, “Tropicano” biznes-mərkəzi, AST TM və Kutuzov prospektində yerləşən iki mənzilə nəzarət edirdi. ABŞ –da kreditorun tələbi ilə İsmayılovun aldığı Craig Valley Plaza ticarət mərkəzi tutulub. O, bu mərkəzə kredit vəsaitindən 8 milyon dollar xərcləyib. Antalyada yerləşən lüks sinifli Mardan Palace mehmanxana kompleksinə məhkəmə işi açmağa isə BM bank nail ola bilməyib.

Kreditorun məlumatına görə, əldə etdiyi vəsaitin yarısını İsmayılov İsveçrəyə yönləndirib. Aktivlərini isə bir sıra yerli şirkətlərə və fiziki şəxslərın adına rəsmiləşdirib və bu da Sürix prokurorluğunda iş açılmasına səbəb olub. İsmayılova yaxın olan mənbələr təsdiq edirlər ki,  onun İsveçrədə heç bir aktivi yoxdur. İş adamının müdafiəçiləri məhkəmə işi barədə qəzet müxbirindən xəbər alıblar. VTB-nin mətbuat- xidmətindən bildiriblər ki, “qanun çərçivəsində bütün mümkün vasitələrdən istifadə etməklə pulların hamsının qaytarılmasına nail olacaqlar”.