WeWork kovorkinqlər şəbəkəsinin idarə heyəti Yaponiyanın SoftBank holdinqinin təklifinə müsbət cavab verib – artıq sonuncu, startapa nəzarəti əldə edib. Bu barədə, mənbələrə istinadən The Wall Street Journal yazır.
Əməliyyatın şərtlərinə görə, SoftBank 29% payla WeWork şirkətinin qurucusu Adam Neumann-dan ümumi məbləği təxminən 1 mlrd dollar olan səhmləri geri alacaq. Şirkət ona həmçinin JPMorgan-a borclarını ödəmək üçün 500 mln dollar kredit verəcək və 185 mln dollar təzminat da ödəyəcək.
Mənbələrdən əldə edilən məlumata görə, nəticədə Neumann idarə heyətini tərk etməli olacaq. Amma o şirkətdəki payını saxlayacaq və idarə heyətində müşahidəçi olacaq.
SoftBank WeWork səhmdarları və əməkdaşlarından səhmlərin geri qaytarılmasına ümumilikdə təxminən 3 mlrd dollar xərcləyəcək. Əməliyyat barədə 22 oktyabrda xəbər verilməli idi, razılıqdan isə hələ ki imtina da edə bilərlər.
Axios mənbələrinin sözlərinə görə, SoftBank idarə heyətindəki vəzifəsindən imtina etməsi, səs verilən səhmlər və SoftBankla əməliyyatın dəstəklənməsi qarşılığında Adam Neumann-a 200 mln dollar ödəyəcək. SoftBank həmçinin 3 mlrd dollarlıq səhmlərinn geri qaytarılmasını da planlaşdırır.