Apple şirkəti və onun istehsalçı podratçısı Foxconn Çinin əmək qanunvericiliyini pozublar. Belə ki, onlar iPhone-nun Çjençjou-dakı ən iri fabrikinə çoxlu müvəqqəti işçilər və həmçinin, məktəblilər götürüblər. Bloomberg xəbər verir ki, China Labor Watch hüquqların qorunması üzrə qqyri-kommersiya qrupunun araşdırmasına görə, zavodda avqust ayında müvəqqəti işçilərin sayı 10% norma əvəzinə 50% artıb.
Qrupun hesabatında deyilir ki, 2018-ci ildə əməkdaşların 55%-i müvəqqəti olub. Avqustda bu göstərici təxminən 50% olub, ayın sonunda isə bir çox məktəbli dərsə başladığı üçün indi artıq rəqəmlər 30%-ə yaxınlaşıb və bu da qeyri-qanuni sayılır.
Daxili araşdırmadan sonra Apple pozuntu faktını etiraf edib və bildirib ki, “bu problemin həli üçün Foxconn-la sıx əməkdaşlıq edir”. Foxconn Technology Group da əməkdaşların müvəqqəti işə götürülməsindən sui-istifadəni etiraf edib. CLW bildirişinə əsasən, Apple ABŞ və Çin arasındakı ticarət müharibəsinin xərclərini işçilərə ötürür və onların əməyini istismar edir.
Xatırladaq ki, avqustda The Guardian qəzeti, Amazonun Alexa səsli köməkçisi ilə təchiz olunmuş cihazların istehsalında uşaqların əməyindən qanunsuz istifadə barədə bir araşdırma dərc edib. Şirkət Xenyan şəhərindən olan texniki kollecin və məktəblərin şagirdlərini işə götürüb. Uşaqların sözlərinə görə, onlar gecələr və iş vaxtında artıq işləməli olublar.