Əsas səhifə Biznes Biznes məqalələri Kitabları necə oxumaq lazımdır? – Təcrübə mübadiləsi

Kitabları necə oxumaq lazımdır? – Təcrübə mübadiləsi

227

Son 2 ildə orta hesabla 80-dan çox kitab oxumuşam.
Kitab oxumağı müvəqqəti olaraq saxlamalıyam. Dəyişiklik etməmişdən öncə bu 2 il ərzində öyrəndiyim təcrübəmi sizinlə paylaşmaq istəyirəm.

𝐍ə𝐥ə𝐫𝐢 𝐭ö𝐯𝐬𝐢𝐲ə 𝐞𝐭𝐦𝐢𝐫ə𝐦:
 1. Qısa müddətə uğur qazanmağı öyrədən kitabları oxumayın.
Məsələn “dünyanı vecinizə almayın”, “qadınları yoldançıxarma metodları”, “3 aya necə ərə getmək olar”, “1 həftəyə necə natiq olmaq olar” və s. və ilaxır başlıqlı kitablar var. Bu kitablar “sosial aspirin”-dir. Satış məqsədi ilə yazılıb. Sizə manipulyasiya etməyi öyrədir. Mən bura Deyn Karneginin, Brain Treysini, insan psixologiyasının mahir biligisi Robert Qrinin kitablarınıda əlavə edirəm.
Qısa müddətə uğur qazanmağın fermer işinə tətbiqi barədə düşünmüsünüz? Məsələn yazda əkməyi yaddan çıxarırsınız, yayda özün üçün istirahət edirsən, payızda isə bol məhsul yığmaq iddiası ilə özünü motivasiya edirsən. Uğur qazanmaq şansın varmı?
Bu həmdə təhsilimizdə olan yanaşmaya oxşayır. Smestr ərzində sakit və həyacansız tələbə həyatı, imtahan qabağı qızgın bir narahatlıqla əvəz olunur. Hər şey yaxşı qurtara bilər hətta yaxşı qiymətlərdə ala biərsiniz. Amma hər gün çalışmasanız, hər gün səy göstərməsəniz, doğru dürükst bilik əldə etməsəniz, savadlı insan ola bilməyəcəksiniz. Odur ki qısa müddətlik uğurlara səsləyən motivasiya kitablarından uzaq olun.

 2. “Kitab oxumaq” xətrinə kitab oxumayın.
Bəzən kimsə deyir ki, özümə məcbur vaxt qoymuşam. hər gün 15 dəqiqə kitab oxuyacam. Əsas olan sosial profillərinzdə “reading” etmək və ya özünüzü məcbur etdiyiniz vaxt deyil, əsas olan sizinlə eyni dili danışan kitabın tapılmasıdır. O kitabı oxumalısınız ki, kitabı əlinizdən zorla dartıb alsınlar.

𝐍ə𝐥ə𝐫𝐢 𝐭ö𝐯𝐬𝐢𝐲𝐲ə 𝐞𝐝𝐢𝐫ə𝐦:
 1. İxtisas və peşənizə uyğun kitablar oxuyun.
Yəni peşakar ədəbiyyat. Burda kitabın müəllifi ən önəmli faktordur. Düşünün database mütəxəssisiz ancaq bu sahədə öz sözünü deyən mütəxəsislərin yazdığı heç bir kitabı oxumamısınz. Düzdü deyə bilərsiniz ki, əgər İT mütəxəssiyəmsə istədiyimi google-dan, stackoverflow-dan, udemydən, bitbucktedən rahatlıqla tapa bilirəm. Burda qazandığınız əsas üstünlük sizə lazım olan təcrübənin əvvəldən sizdə olmasıdır. Əks halda sizə lazım olan təcrübəni öyrənmək üçün hələ axtarış sistemlərinə üz tutmalı, sonra işə başlamalısınız.

 2. Şəxsi inkişaf (emotional intellect) haqqında kitablar oxuyun.
Bura emotional intellectin (EI) inkişaf etdirilməsi ilə bağlı yazılan kitabları aid edirəm. Artıq EI-lərin IQ qədər, hətta onlardan daha önəmli olduğu dünya təcrübəsində öz sübutunu tapıb.
Bu sahədə ən sevdiyim kitab isə dahi Steven Kovinin “Yüksək effektli insanların yeddi vərdişi” kitabıdır. Əgər bütün şəxsi inkişafa aid kitablarımı yandırası olsaydım bu kitabı götürüb sonra işə başlayardım. Müəllif kitabı ömrünün 25 illini insan şəxsiyyətinin inkişafına həsr etdikdən sonra yazıb. Amerika prezidenti Bill Klinton, kosmosa ilk uçmuş Senator Ceyk Qarn bu kitabın dövlət qulluğunun bütün səviyyələrində oxumasını və istifadəsinin məcburiliyini vurğulayıb.

 3. Maliyyə savadıınızı artıran kitablar oxuyun.
Çünki məktəb və universitetlərdə bizə maliyyə savadı öyrədilmir. Maliyyə savadı isə bizə ilk maaşımızı almamışdan öncə lazımdır.
Bu sahədə aşağıdakı kitabları bəyənirəm.

Robert Kiyosakinin – “Pul axını kvadrantı” kitabını. Kitab passiv və aktivlərin fərqini, pulun ağılla idarə edilməsini, kredit kartlarının, kapitalizm tələlərindən uzaq olmağın faydalarını öyrədir.

Dr. Thomas J. Stanley “Millionaire Next Door” yəni “Qonşun milyonerdir” kitabı. Kitab uzun araşdırmadan sonra Amerkanın ən gəlirli biznesləri və biznesmenlər haqqında araşdırmalara həsr edilib.

 4. Məşhur iş adamlarının, biznesmenlərin öz təcrübələri haqqında yazdığı kitabları oxuyun.
Bu sahədə aşağıdakı kitabları bəyənirəm.

Donald Trumpın – “Never give up” , “Çempion kimi düşün” kitablarını,

Sam Walton: Made In America – kitab dövriyyəsi 400 milyardan çox olan Wallmartın necə qurulduğu haqqında yazılıb. Müəllif kitabda bütün detalları aydın şəkildə qeyd edib.

Richard Branson: “Screw it, just do it – Dünya səviyyəli iş adamı, “Virgin” Şirkətlər Qrupunun təsisçisi Richard Branson əsl məcərapərstdır. 4 milyard dollardan çox varidatı olan iş adamı uğurlu olmağın tək sirrinin həmən işdən zövq almaq və cəsarətli olmaqdan keçdiyini deyir.

Qadınlara tövsiyə etdiyim ən sevimli kitab isə facebookun icraçı direktoru, bizim dildə desək Markın sağ əli olan Sheryl Sandberg yazdığı ” Lean in” – “Fəallıqdan qorxa” kitabıdır. Şerl bu kitabda biznes dünyasının qadınlara etdiyi diktələrdən danışır. Ancaq əməlləri ilə peşənin qadını kişisi olmadığını sübut edir.

 5. Övladlarınız üçün kitab alın.
Ən yaxşı seçim uşaq ensklapediyalarıdır. Təyyarələr, maşınlar, dinozavrlar və s. haqqında ingilis və rus dilində çox maraqlı ensklapediyalar var. Enkslapediyalar uşaq fantaziyasının və dünyagörüşünün inkişafı üçün ideal seçimdir. Eyni zamanda dil bilikləri inkişaf etdirir.

Uzun sözün qısası, bu nəticəyə gəldim ki, oxuduğumuz hər kitab imicin müvəqqəti dəyişdirilməsinə deyil, özünü təkmilləşdirməyə və daimi kamilliyə xidmət etməlidir.

Müəllif: Sevinc İsrafilova

Rəy bildir

Please enter your comment!
Please enter your name here