Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Kimlərə güzəşt edilir? – özəl və dövlət sektoru ilə bağlı qərar

Kimlərə güzəşt edilir? – özəl və dövlət sektoru ilə bağlı qərar

265
Paylaş

Nazirlər Kabineti “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nı təsdiq edib. Nəticədə dövlət sektoru və qeyri-dövlət sektoruna kimlər aiddir və onların əmək haqqından gəlir vergisi necə tutulacaq, bu məsələyə hökumət aydınlıq gətirdi.

Dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər dövlət sektorudur.

Neft-qaz sahəsində fəaliyyətə dair meyarlara görə, Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq, tam tərkibdə bu siyahıya daxildir.

Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərə xidmət göstərən xarici və yerli subpodratçılar üzrə meyarlara görə, təqdim olunan mal, görülən iş və göstərilən xidmətlər qarşılığında əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir.

İl ərzində yeni yaradılacaq subpodratçılar üzrə – yeni yaradılan subpodratçı ilin əvvəlindən meyarlarda göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir.

Təqvim ili ərzində müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir.

Dövlət və neft-qaz sektorunda çalışanların əmək haqqından vergilər belə hesablanacaq:

Vergiyə cəlb olunan məbləğ = Hesablanan aylıq əmək haqqı – Güzəşt

Yəni, vergiyə cəlb olunan məbləğ 2500 manatadək olduqda: (Vergiyə cəlb olunan məbləğ – 200) x 14%
Vergiyə cəlb olunan məbləğ 2500 manatdan çox olduqda: 350 + (Vergiyə cəlb olunan məbləğ – 2500)x25%

DSMF ayırmaları = Hesablanan aylıq əmək haqqı x 3%

İşsizlikdən sığorta haqqı = Hesablanan aylıq əmək haqqı x 0.5%

Həmkarlar təşkilatına üzvlük haqqı = Hesablanan aylıq əmək haqqı x 2%:

Yekun ödəniləcək məbləğ = Hesablanan əmək haqqı – Gəlir vergisi – DSMF ayırmaları – İşsizlikdən sığorta haqqı – Həmkarlar təşkilatına üzvlük haqqı

Yuxarıda qeyd olunan dövlət sektoruna aid qurumlar istisna olmaqla,Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoru hesab olunacaq.

Xatırladaq ki, bu ildən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinə vergi güzəştləri verilib.

Qeyri neft-qaz və özəl sektor:

Vergiyə cəlb olunan məbləğ = Hesablanan aylıq əmək haqqı – Güzəşt

Gəlir vergisi belə hesablanır:
Vergiyə cəlb olunan məbləğ 8 000 manatadək olduqda: 0
Vergiyə cəlb olunan məbləğ 8 000 manatdan çox olduqda: Vergiyə cəlb olunan məbləğ x 14%

DSMF ayırmaları:
Əmək haqqı 200 manatadək olduqda: Hesablanan aylıq əmək haqqı x 3%
Əmək haqqı 200 manatdan çox olduqda: 6 + (Hesablanan aylıq əmək haqqı-200) x 10%

İşsizlikdən sığorta haqqı = Hesablanan aylıq əmək haqqı x 0.5%

Həmkarlar təşkilatına üzvlük haqqı = Hesablanan aylıq əmək haqqı x 2%:

Yekun ödəniləcək məbləğ = Hesablanan əmək haqqı – Gəlir vergisi – DSMF ayırmaları – İşsizlikdən sığorta haqqı – Həmkarlar təşkilatına üzvlük haqqı