“Atamdan gizlicə kirayə mağaza açıb adını Kiğılı qoydum”

Date:

Paylaş:

Türkiyənin ən varlı insanlarından biri olan Abdullah Kiğılı 1943-cü ildə Malatya şəhərində dünyaya gəlib. Bu məqalədə onun usta yanında köməkçilikdən milyard dollarlıq geyim mağazalarını necə yaratması haqqında oxuyacaqsınız.

Atamdan xəbərsiz ilk mağazamı açdım

“Mən kiçik yaşlarda atamla birlikdə Sultanhamamda işləyirdim. Hətta ondan əvvəl atam məni dostunun yanına iş öyrənmək üçün köməkçi kimi göndərmişdi. Ustama Mantocu Osman deyirdilər.

4 il ərzində Ustama köməklik etdim. İşə başlamağımın üçüncü ayında parça kəsməyi, tikməyi yaxşıca öyrənmişdim.

Atam xəstələndikdən sonra onun işlərini də görməyə başladım. Lakin o, çox ciddi və intizamlı bir adam idi. Sözündən çıxa bilməzdim. Birgün gizlicə bir mağaza kirayə götürdüm.

Oranı geyim mağazası etdim. Açılışdan əvvəl atamı apardım və bura bizimdir dedim. Atam başını qaldırdı baxdı və “Kiğılı” yazısını görəndə çaşdı.

Atacan dua et işlərimiz üçün dedim. İlk mağazam orada oldu. Oradan başladım geyim sektoruna. Mənim ticarətimin ana fəlsəfəsi heç kimi aldatmamaq idi.

Ticarət etdiyin insanlara da qazandırmalısan. İlk əvvəl onlara qazandır, sonra sən də qazanacaqsan. Əvvəl mən qazanım desəniz istəyinizə nail ola bilmərsiniz.

İlk “Beymen” kostyumunu biz satdıq

Bir gün bir telefon zəngi gəldi və Altınyıldız parçalarının sahibi Osman Boyner məni görüşməyə çağırdı. Katibi “Sabah saat 10-da Altınyıldız fabrikində gözləyir” dedi.

Bunu yaxınlarıma söylədim. Hər kəs lağ etməyə başladı. Osman Boyner səni niyə çağırsın dedilər. Bir biznesmen böyük qardaşım vardı. Onun yanına getdim. Məni Osman Boynerin katibi axtarır. Osman Boyner mənimlə görüşmək istəyir. Onun mənimlə nə işi ola bilər dedim. Gülməyə başladı. Niyə güldüyünü soruşdum. Sənin haqqında mən demişəm, get görüş dedi.

Getdim və Osman Boynerin kodtyum tikməyə başladığını ,satışa çıxarmaq üçün məni seçdiklərini söylədi. Mən də qəbul etdim. İlk “Beymen” kostyumlarını mən satdım. Sonra Osman Boyner bu belə olmaz, ortaq olmalıyıq dedi. Qəbul etdim. Beyoğlunda ortaq mağaza açdıq. O günlərdən bu günlərə hazırda Türkiyədə 180, xaricdə 10 mağaza, ümumi 190 mağazam var. Hədəf 3 ildə Türkiyədə 300 mağazaya çatmaqdır. Yalnız kişi geyimi satmağımıza baxmayaraq hazırda 70-80 milyon dollarlıq bir dövriyyəmiz var. ”

Fenerium mağazaları necə yarandı.

Eyni zamanda Fənərbaxça idarəçisi olan Abdullah Kiğılı, Fenerium mağazalarının da idarəçiliyini edir. Kiğılı ilk Fenerium mağazasını necə açdıqlarını və necə böyüdüklərini belə izah edir: “1998-ci il idi. İndiki hörmətli prezidentimiz Əziz İldırım, bir səs fərqlə Fənərbaxça Klubuna başçı oldu. Məndə o rəhbərlikdəydim. İşlərə başladıq. Dünyadakı nümunələrə baxdıq. Böyük klubların gəlir gətirən mağazaları var, biz də bunun bir nümunəsini etmək istədik. Hazır bir şirkətimiz var idi.

1999-ci ildə Fenerium mağazalarının bünövrəsini qurduq. Mən 2000-ci ildə işlərimin sıxlığından ötrü ayrıldım. Lakin 2009-ci ildə Əziz Yıldırım məni çağırdı, “Aramızda tikiş işlərindən anlayan çoxdur lakin hazır geyimdən anlayan bir sənsən. Gəl bu mağazaları idarə et” dedi.

2009-cu ildə mağazaları ələ aldıq. Rəqibləri geridə qoyduq. 25 faiz artış göstərdik. Hazırda Feneriumların 75 mağazası var.

Mənə “BABA” deyirlər

“Mənə böyük qardaş da deyirlər lakin əslində mənim ləqəbim” Baba”dır. Ticarətdə əsas düzgün olmaqdır. Atam mənə deyərdi ki; “Oğlum, bazar uzundur”. Hər kəsə ruzi var.

Paylaşmağı bilməlisən. Bu işi görənlərə əlimdən gəldiyi qədər kömək etməyə çalışıram.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...