Kiçik yaşlarında öz biznesini quran şirkət sahibləri

Date:

Paylaş:

Hər kəs uğur qazanmaq istəyir, amma hər kəsin uğur hekayəsi eyni deyil.
 
Bütün uğur qazanan şəxsləri birləşdirən ortaq cəhət onların məqsəd və hədəflərini doğru təyin etməsindən başlayır. Belə hekayələr arasında erkən yaşlarda uğur qazanan şəxslər daha çox üstünlük təşkil edir.
 
Uğur hekayələrini bilmək sizin də gələcək həyatınıza müəyyən istiqamət verə bilər. Məsələn, tanınmış və böyük şirkət sahiblərinin sahib olduğu şirkətlərin təməlini kiçik yaşlardan qoymağa başlayır. Bu günki mövzumuz da məhz kiçik yaşda iş həyatına addım atan və sonradan böyük şirkət halına gətirməyi bacaran şəxslər haqda olacaq.
 
Richard Branson/ Virgin Group
Richard Branson iş dünyasında özünəməxsus bir iş adamı hesab olunur. Belə ki, o, 11 yaşında olarkən ən yaxın dostu ilə birgə tutuquşu yetişdirib və satırmış. Branson orta məktəbdə disleksiya adlı xəstəlikdən əziyyət çəkib və 16 yaşında məktəbdən ayrılıb. Məlumat üçün bildirək ki, disleksiya xəstələrində əsas problem oxuma ilə bağlı olur. Belə xəstələr digərlərindən daha istedadlı olsalar da oxumaq və onu yadda saxlamaq kimi problemlərlə qarşılaşırlar. Amma bu şəxslərin riyazi qabiliyyətləri və fantaziya qabiliyyətləri yüksək olur.
 
Branson məktəbdən ayrıldıqdan 4 il sonra “Student” adlı tələbə jurnalı yayımlayaraq iş həyatına qədəm qoyur. Branson 1970-ci ildə “Virgin” şirkətini qurub və hal-hazırda 400-dən çox şirkət, 50.000 işçi və 21 milyard dollar ilə öndə gələn şəxslərdəndir.
 
Ingvar Kamprad/ IKEA
5 yaşından iş həyatına addım atan Ingvar ilk iş olaraq qonşularına kibrit satmaqla başlayıb. Bundan sonra isə o, kibrit satışı işini daha da böyüdüb və onu daha uzaqda yaşayan insanlara satmağa başlayıb. Daha sonra kibritləri ucuz topdan satışdan alan Kamprad kibritləri tək-tək satmaqla öz biznesini daha da irəlilədib. Sonralar isə o, öz ticarətinə çiçək toxumu və qələm satışı da əlavə etməyə başlayıb. Artıq 17 yaşında olarkən atası əldə etdiyi uğurlara görə mükafat olaraq ona bir miqdar pul verib və o, yenə bu sərmayəni dəyərləndirərək işini daha da böyüdüb və əfsanə şirkət olan IKEA-ya çevirməyi bacarıb.
 
Juliette Brindak/ Miss O and Friends
Juliette Brindak öz şirkətini 10 yaşında olarkən qurub. “Miss O” olan bir qrup gənç qızın hekayəsini ələ alan və gənc qızların olmaq istədiyi “Cool Girls”u yaradıb. Brindak 16 yaşında olarkən anasının köməyilə “Miss O and Friends” adlı sosial şəbəkə qurmuş və 3 il sonra “Procter&Gamble” şirkətindən 15 milyon yatırım alıb. Hal-hazırda 20 yaşı olan gənc qızın sahib olduğu şirkətin dəyəri 30 milyon dollardır.
 
John Paul DeJoria / John Paul Mitchell Systems
Həyatında bir çox çətinliklərlə üzləşən lakin sonda böyük şirkətin sahibi olmuş şəxslərdən biri də Paul DeJoriadır. Belə ki, o, atasız böyümüş və öz xərclərini qarşılamaq üçün 9 yaşında Yeni il kartları satmağa başlamışdır. 20 yaşında evlənən Paul daha sonra yoldaşından ayrılmış və oğlu ilə birgə dostuna məxsus maşında yaşamağa başlayıb. Həmin dövrdə saç ustası Paul Mitchell ilə tanış olaraq 1980-cı ildə şirkət qurmuş və Mitchell öldükdən sonra şirkətin tək rəhbəri olub. Şirkət şampun istehsalı ilə tanınıb. 2009-cu ildə şirkətin dəyəri 4 milyard dollar təşkil edirdi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...