Əsas səhifə Biznes sahələri Konfrans və sərgi Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların əl işlərindən ibarət sərgi açılacaq

Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların əl işlərindən ibarət sərgi açılacaq

320

Bakı Biznes Mərkəzində “Kiçik sahibkarların yaratdıqları” sərgisi açılacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 7-də saat 11:00-dan etibarən Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların əl işlərindən ibarət sərgi keçiriləcək.

Sərgidə kiçik sahibkarların əl işləri – rəsmlər, suvenirlər, bijuteriyalar, oyuncaqlar, ağacdan oymalar və s. nümayiş olunacaq və satışı təşkil ediləcək.