Nadir “Porsche”ni 20 milyona satmaq məqsədilə təşkil olunan hərrac auksionçunun səhvinə görə uğursuz nəticələnib.
Bu barədə “Bloomberg” agentliyi yazır.
Hadisə Kaliforniyada “RM Sotheby’s” hərrac evində baş verib. Burada 1939-cu ildə istehsal olunmuş gümüşü “Porsche 64” avtomobili hərraca çıxarılıb. Bu, şirkətin banisi Ferdinand Porşenin istifadə etdiyi və günümüzədək saxlanılan yeganə avtomobildir.
Hərracın əvvəlində aparıcı satışın 30 milyon dollardan başlanacağını elan edərək məbləği 70 milyonadək qaldırıb. Bu məbləğ iştirakçıları həyəcanlandırıb, lakin daha sonra auksionçu səhv etdiyini, əslində 13 və 17 milyon dollar demək istədiyini bildirib.
Bu söz zaldakıların narazılığına səbəb olub və bir çoxları zalı tərk edib. Beləliklə, hərrac baş tutmayıb.
Agentliyin öncədən danışıqlar apardığı kolleksiyaçılar isə auksionçunun bu hərəkətini “fırıldaq” adlandırıb