Əsas səhifə Məqalələr Maraqlı Kiçik bir “səhv”lə gələn böyük uğur

Kiçik bir “səhv”lə gələn böyük uğur

165
Paylaş

12 yaşında bir uşağın dünyanın ən böyük şirkətlərindən biri olan IBM-in proqramçısı olduğunu desək nə düşünərsiniz? Bəli, 12 yaşlı Tanmay Bakshi oraya heç də təhsil dalınca getməmişdi. Bəs hal-hazırda 16 yaşı olan bu gənci digərlərindən fərqləndirən nədir?

Ailəsi ilə birgə Kanadada yaşayan Tanmay əslən hindlidir. O, 5 yaşında olarkən ilk dəfə proqramçılıq işlərini həyata keçirir. Belə ki, kompüter proqramçılığına olan sevgisi, bu yaşından oyunlarla başlayır. Texnologiya dövrünün gənclərindən olan Tanmay, bu zamanın özü ilə gətirdiyi üstünlükləri öz zəkası ilə birləşdirərək yaşıdlarının da maraqlandığı oyunlarda fərqli istiqamətlər tapmağa nail olur.

Daha sonra kompüter ekranının işləyən sistemi ilə maraqlanmağa başladı. Onun marağını kəşf edən atası, Bakshi-yə bu yolda köməkçi oldu və yaşının az olmasına baxmayaraq, əmin addımlarla irəliləyən gənc proqramçının proqramlaşdırma ilə ilk qarşılaşması FoxProVisual Basic ve Bash kimi sadə dillərdə təcrübə aparmaqla oldu.

İlk böyük proqramını 8 yaşında olanda hazırladı. 9 yaşında isə uşaqlara vurma cədvəlini öyrənməyə kömək edən “tTables” adlı ilk iOS tətbiqini hazırladı.

12 yaşı olanda Tanmay IBM Watson-un sistemindəki bir səhvi tapır və beləcə, IBM-in ən gənc proqramçısı adını özü üçün təmin etmiş olur.

Bakshi-nin istedad və bacarıqları bununla bitmir – o həm də yazıçı və müəllimdir.Yeni başlayan iOS proqramçıları üçün bələdçi olan “Hello Swift” adlı bir kitab yazan yeniyetmə artıq ikinci kitabını da yazmağa hazırlaşır. Populyar təşkilatlarda spiker də olan Tanmay 13 yaşında “Google”da işləməyə başlayır. Bundan başqa, onun 330.000 abunəlik YouTube kanalı da var. Bu kanalda isə insanlara proqramlar, alqoritmlər və s. bu kimi digər şeyləri öyrədir.

Tanmay Bakshi-nin bu böyük uğuru bəlkə də uşağının gələcəyini və bacarığını görən atasında və özünün əzmindədir.