Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış şirkətlər Azərbaycanda korporativ kibertəhlükəsizliyi ilə məşğul olacaq

Date:

Paylaş:

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan iki magistral (backbone) internet provayder şirkətindən biri olan “AzerTelecom” dünya üzrə tanınmış və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış şirkətlər olan “Trend Micro”, “Symantec”, “ESET”, “Quest” və “One İdentity” şirkətlərinin rəsmi tərəfdaşı statusunu əldə edib. Qeyd olunan tanınmış şirkətlərlə tərəfadaşlıq “AzerTelecom” şirkətinin korporativ müştərilərə kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində həllərin təqdim olunmasına şərait yaradır.

“Bu qlobal şirkətlərlə tərəfdaşlıq imkan verir ki, “AzerTelecom” onların təqdim etdiyi qabaqcıl kibertəhlükəsizlik həlləri ilə korporativ müştərilərin sistemlərini, şəbəkə və proqram təminatlarını müxtəlif rəqəmsal hücumlardan qorusun və beləliklə də müştərilərin biznesinin daha təhlükəsiz və etibarlı şəkildə fəaliyyətinə öz töhfəsini versin. Hazırda dünya üzrə informasiya təhlkəsizliyi məsələlərinə mühüm diqqətin göstərilməsi fonunda “AzerTelecom” şirkəti kibertəhlükəsizliyin təmin edilməsi sahəsində müştərilərə keyfiyyətli həllərin və ən son yanaşmaların təqdim olunmasını öz fəaliyyətində əsas tutur. 

Belə ki, dövrümüzdə effektiv təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi xüsusilə çətinləşir, çünki hər gün müxtəlif cihaz və hücum platformaları daha da təkmilləşir. “AzerTelecom” tərəfindən təqdim olunan həllər şirkətlərə təhlükəsizlik sahəsində qarşılaşdıqları çağırışlara dövrün tələblərinə uyğun effektiv cavab verməyə imkan verir. Onu da qeyd edək ki, “AzerTelecom” şirkətinin Kommersiya departamentinin əməkdaşları kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış təlimlərdə də iştirak edərək müvafiq sertifikatlara yiyələniblər” – deyə açıqlamada qeyd olunur.

Xatırladaq ki, “Bakcell” şirkətinin törəmə müəssisəsi olan “AzerTelecom” şirkəti 2008-ci ildə təsis edilib. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...